Bir gəzəyənin Türkiyə günlüyü – İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

İzmir Türkiyənin turizm baxımından ən çox variantlı yerlərindən biridi. Qətiyyən darıxmaq mümkün deyil bu vilayətdə. Pis tərəfi odu ki, 3-5 günə, 1-2 həftəyə gəzilə biləcək yer deyil. Çünki hər yeri ayrı gözəldi…
Daha əvvəl Çeşmə-Alaçatı tərəfi haqqında yazmışdım. İndi bir az fərqli istiqamətə gedək.
Dünya gözəli Efes və “qiyamətin pis keçdiyi” Şirince. İzmirdə 1-2 gününüz varsa, yolunuzu bu gözəl yerlərdən sala bilərsiz

– Efes və Şirince Selçuk qəsəbəsinə bağlıdı. Efes Selçuk qəsəbə mərkəzinə 1 km, Şirince 7 km məsafədədi. Əvvəlcə Efesi gəzib, sonra Şirinceyə keçə bilərsiz.

izi3

– İzmirdən Selçuka maşınla 1 saat 20 dəqiqədi. Her 40 dəqiqədə bir də İzmir qarajından Selçuka avtobus gedir. Selçukdan Şirince dolmuşları ilə davam edə bilərsiz.

– Ən gözəl vaxtı may ayıdı – hava isinməmiş, hər yer yaşıla bürünmüşkən gedin.

– Efes Antik Kent hər gün saat 08:00-18:00 arası açıqdı. Giriş 40 tl. Müzekart keçir. Çox isti havada gəzmək işgəncə ola bilər.

– Şirince kiçik yer olsa da, bu “dünyanın sonu” məsələsindən sonra çox məşhurlaşıb. Həftə sonu xüsusilə çox dolu olur. Həftə içi gedin – daha sakit olur.

– Turist axını çox olunca pansiyon sayı da çoxalıb təbii ki. Çox məşhur və bahalı pansiyonlar da var, uyğun qiymətliləri də. Seçmək sizə qalıb. 2 nəfər üçün 150 lireyə də, 300 lirəyə də, 600 lireye də pansiyon var. Ucuz pansiyon üçün əvvəlcədən axtarmadan kəndə də gedə bilərsiz – hər yerdə lövhə görəcəksiz.

izi2

– Şirincenin ən məşhur şeyi şərablarıdı – az qala hər addımda şərab dadmanızı təklif eləyəcəklər. Şərab sevənlərin cənnətidi. Müxtəlif meyvələrin şərablarını satırlar – qiymətləri baha deyil.

– Bir də hər addımda “karadut şərbəti” deyə israr edəcəklər, əgər qara tut mövsümü deyilsə, inanmayın həqiqi olduğuna. Qara tut mövsümüdürsə, problem yoxdu:)

– Ən məşhur kafesi Üzün Kafedi. Xudmani, qəşəng bağçası var, şərabınızı və ya limonatanızı içib vaxt keçirə bilərsiz.

– Ən yaxşı səhər yeməyi Gülgün Ablanın yerindədi. Dimitros da pis deyil. Selçuk yolu üzərində Bizim Ev Hanımeli restoranın ev yeməkləri də ləzzətlidi. Zeytin Kafe və Sedir Mantı Evi də gedilə biləcək yerlərdəndi.

– Şirincə küçələri gündüzlər hədiyyəlik əşya satanlarla dolu olur – istədiyiniz hədiyyəlikləri ala bilərsiz.

– Kəndin içində gəzmək istəyirsizsə, sabah saatlarını seçin. Kimsə olmadığı vaxt küçələrin, dalanların gözəlliyi ortaya çıxır.

– Şirinceye 20 dəqiqəlik piyada məsafəsində “Aziz Nesin Matematik Köyü” var, mütləq gedin, çox maraqlı yerdi.

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s