Litvanın cənnət məkanı – Trakai

Trakaidəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Əziz Gəzəyənlər, Sizə Litvanın cənnət məkanı Trakai haqqında danışmaq istəyirəm. Vilnüsa gedib də bəyənmədim, darıxdım deyirsinizsə özünüzü mütləq təbiət qoynunda yerləşən Trakaiyə atın. Vilnüsdən 25 dəqiqəlik məsafədə yerləşən Trakaiyə həm avtobusla, həm də qatarla gedə bilərsiniz. Biletin qiyməti də çox ucuz 2 avro civarındadır. 5 göllə əhatə olunmuş, yaşıllıqlar içində ada olan Trakai həm də Latviyanın ən qədim Knyazlıqlarından biri olub. Öz məxsusi kiçik şirin, rəngbərəng taxta evləri, güllü-çiçəkli bağları ilə Trakai insanın gözünü oxşayır. Trakaiyə məni çəkən digər bir məqam 14-cü əsrdə Krımdan buraya köçürülmüş və hazırda sayı cəmi 300 olan Karaim türklərinin bu ərazidə məskunlaşması idi. Karaimlər yəhudi dininə sitayiş edən türklərdəndir.
Trakai elə çox böyük deyil və siz oranı 1 günə gəzib bitirə bilərsiniz. Gedilməli olan mütləq yerlərdən biri, tarixi 14-16-cı əsrlərə dayanan Trakai Qalasıdır. Qalaya giriş 8 avrodur, tələbə kartı ilə isə 4 avro. Qalada zəngin muzey ilə yanaşı orta əsrlər işgəncə alətlərini görə və eyni zamanda 2 avronuzdan keçib ox və arvalaet ata bilərsiniz. Qalada hətta pasportunuza Trakai Krallığının möhürünü də vura bilərsiniz.

trakai1
Yeməyə gəlincə, Trakaidə göl boyu yerləşən restoranlarda gözəl mənzərəni izləyərək nahar edə bilərsiniz. Qiymətlər çox da baha deyil. Mütləq Karaim türklərinin milli yeməyi olan Kibinai-nin dadına baxın. Toyuqlu və göbələklisi çox dadlı idi. Pivə həvəskarları isə qara pivənin dadına mütləq baxsınlar. Özüm içən omasam da dostlarım dedi yaman dadlıdır 😀. Gələk əsas məsələyə, Trakaiyə getmisinizsə mütləq aktivitələrə qoşulun. Bura da siz sadə qayıqla, katamaranla gəzməkdən tutmuş, surfing, kayaking, diving edə və hava şarında uça bilərsiniz. Qayıqda və katamaranda 1 saatlıq gəzinti adambaşı 5 avro, diving isə 50 avro civarında idi.
Mən isə şiddətli dərəcədə kayak sürməyinizi tövsiyə edərdim. Biz vaxt olaraq 3 saatlıq günbatımı turu seçmişdik və həm kayak sürdük, həm də günbatımı zamanı yaranan möhtəşəm mənzərəni gördük. Turun qiyməti adambaşı 25 avro idi. İlk təcrübəm və dərinlik qorxusu olduğu üçün başlanğıcda bir az qorxsam da, sonradan sürməyi öyrəndikdən sonra həm kayakingdən, həm də mənzərədən çox böyük zövq aldım. Bələdçimiz bizə yolu göstərir, sürməyi öyrədir, qısa fasilələrlə ətraflı məlumat verirdi. Kayak sürməyə getsəniz özünüzlə mütləq əlavə paltar götürməyi unutmayın, birdən sizin də kayak sürən dostunuz ikitəkər sürmək və avtoşluq etmək istədi😀.

trakai5

Adrenalin sevənlərə isə məsləhət qamışlıqların arası ilə sürməkdir 😁Əlqərəz arada bələdçi fasilə edib sizə yerli şirniyyat, çay və qəhvə də təklif edəcək. İstəsəniz həmin vaxt göldə çimə də bilərsiniz, axşama doğru su o qədər isti idi ki. Bəxtiniz gətirsə axşam qaladan atılan atəşfəşanlığı da izləyə bilərsiniz. Bizim seçdiyimiz kayaking turu bu linkdedi- www.northnortheast.lt . Əvvəlcədən bron etməyi unutmayın. Hə bir də, günbatımı turu götürsəniz Vilnüsa gedən son avtobusa və qatara çatmayacaqsınız. Narahat olmayın əlavə 5 avro ödənişlə şirkət sizi Vilnüsa çatdıracaq. Xoş istirahətlər!!!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Hokuma Abbasova

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s