Fərqli dünya – Vietnam

Hanoydakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Artıq Vietnamdaki bir aylıq yaşamımı tamamladım. Əgər Asia Pacific təcrübəniz yoxdursa və səyahət etdiyiniz ölkələr Avropa və Amerikadırsa, bura gələrkən bütün bildiklərinizi unudun. Bu ölkəni səyahət kitabçanıza yeni səhifədən yazmalı olacaqsız.

1. Yeni nəslin Azərbaycanı tanımamaqlarına baxmayaraq, yaşlı nəsil Azərbaycanı tanıyır və sevir. Bir çox Vyetnamlı sovet vaxtında Azərbaycanda yaşayıblar, və indiyə kimi Xutor, İngilab, Sovetski, Nabran kimi yerləri xatırlayırlar. Hətta təndir çörəyi üçün darıxanı da var.
2. Ailə münasibətləri soyuqdur. Valideynlər uşaqları ilə dost yox, mentor rolunu oynayırlar. Ər-arvad münasibətləri belə distansiyada saxlanılır. Ailə üzvlərinin bir birini qucaqlaması, öpməsi və ya “səni sevirəm” deməsi demək olar ki yoxdur.

vietnam 1.jpg
3. Mədəniyyət anlayışı bildiyimiz davranış qaydalarından tam fərqlidir. Vyetnamlıların aşırı mehriban olmaqlarına baxmayaraq, sıranı pozmaq, itələmə və ya ayaq taptalama halları burda kobudluq sayılmır. Bir sözlə, britaniyalıların burda işi çətindir.
4. Nəfəs almaq çətindir. Əsas nəqliyyat növünün motosiklet olduğundan havada qaz emissiyaları boğanaqlıq yaradır. Gələsi olsaz, üz maskası almağı unutmayın.
5. Hanoy və Hoşimin şəhərlərində turistləri aldatma halları normadan artıqdır. 5.000 VND-lik suyu belə sizə 30.000 VND-yə sata bilərlər. Bu səbəbdən, Vyetnama gəlməmişdən qabaq bazar qiymətlərini bilmək, və ya ancaq supermarketlərə getmək lazımdır (bir neçə hal yaşamışdım ki supermarket pulum çatmamağına baxmayaraq mallarını satmışdılar – belə şey harda görülüb!). Turist axını olmayan şəhərlərdə isə aldatma halları yoxa bərabərdir.
6. Vyetnam ailəsinin evinə daxil olarkən hörmət və nəzakətə boyük önəm vermək lazımdır. Onların həm yaşayışını, həm dinini, həm də adətlərini qəbul etməlisiz. Məsələn, evə daxil olanda ölmüş insanın şəkilini görsəz, mütləq üç dəfə 🙏🏼 belə salam verməlisiz və ölmüş insanın ruhuna “mən sənin ailənə və evinə heç bir ziyan vurmayacam” sözünü verməlisiz. Bunu həmən insanın ölməyindən 100 gün sonra davam etməlisiz.

vietnam 3.jpg
7. Vyetnamlılar günlərini smartfonlarının qabağında keçirmirlər. Axşam olan kimi gənclər çıxıb bizim 90-cı illərdə oynadığımız daş, прыгалки, ip dartma və s. oyunlarını oynayırlar. İstəyən insan oyuna qoşula bilər (“kruq” söhbəti yoxdur).
8. Vyetnam ksenofil ölkədir. Xariciləri çox sevirlər, və hətta gənclərin bir hobbi növü kimi xaricilərlə şəkil çəkib kolleksiya yığmaq kimi maraqları da var. Əgər Vietnama gəlsəz, addım başı bir Vietnamlının sizə yaxınlaşıb və söhbət eləməsini normal qarşılayın.
9. Vyetnam sosialist ölkədir. Dünyada qəbul olunan bir çox bərabərliklər burda keçmir. İrqi, dini, cinsi və sexsual bərabərliklərlə problemlər yaşanılır. Bu o dərəcədədir ki xaricilərin arasında belə fərq qoyulur: əgər ağ dəri və sarı saçlısansa, sən daha “keyfiyyətli” xaricisən.
10. Vyetnamlılar qapalı insanlardırlar. Emosiya bildirmək, fərqlilik yaratmaq kimi şeylər cəmiyyət tərəfindən basdırılır. Xaricilərin Vyetnama axını olsa belə, Vyetnamlılar ölkə daxilindən çıxmağı və ya yeni dil öyrənməyi sevmirlər. Turist kimi gəlsəz belə elementar vyetnamca bilməyiniz məsləhətlidir.

vietnam4.jpg
11. Tipik vyetnamlının günü səhər 5-də başlayır və axşam 9-da qurtarır. İspanların siesta dedikləri günorta yuxusu burda vacib sayılır. Hətta iş yerlərində belə “yuxu saatı” var.
12. Vyetnamlılar xaricilərlə evlənməyə üstünlük verirlər, əsasən də xanımlar. Burda insanlar əsasən balacaboydurlar, və xarici evliliklərin nəticəsilə gələcək nəslin daha hündür və gözəl ola biləcəklərinə inanırlar. Evdə qalmısızsa – buyurun gəlin.

Uzun sözün qısası, Vyetnam fərqli ölkədir. Tipik turistik səyahətlərdən yorulmusuzsa, mütləq Vyetnama baş çəkməlisiz. Ən sıxılmış gəzəyən belə burda “ikinci nəfəs” alıb səyahətlərdən yenidən həzz ala bilər. Vyetnamla bağlı sualınız olarsa, buyurun!

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Narmin Hajizadeh

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s