Bir gəzəyənin Türkiyə günlüyü – Romantizmin məkanı Kapadokya

Kapadokiyadakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Burada Kapadokya ilə bağlı postlar, suallar, hətta tur təəssüratları da gördüm, amma dərli-toplu, bir çox suala bir arada cavab verən post yazım yenə də dedim:)

– Kapadokya Türkiyənin Nevşehir vilayətinə bağlı bir bölgənin adıdı. Kırşehir, Niğde, Kayseri ve Aksarayın bəzi bölgələri də Kapadokya sayılır. Ankaradan 3 saat, İstanbuldan 7-8 saat məsafədə yerləşir, Orta Anadolu bölgəsi sayılır. Ən çox turist çəkən bölgələrdən biridi.

– Kapadokya yay xaric (çox isti olur) bütün mövsümlərdə gözəldi. Xüsusile yazın ortaları ve qışda qar yağarkən əfsanədi.

– Kapadokya üçün 1-2 gün kifayətdi deyənləri dinləməyin, ən az 3-4 gününüzü ayırın, dadını çıxarın.

– Kapadokyanın görülməli bölgələri – Göreme, Uçhisar, Ürgüp, Ortahisar, Çavuşin, Avanos, Mustafapaşa.

kap5

– Kapadokyanın görülməli yerləri – Göreme Açıq Hava Muzeyi, Çavuşin Atçılıq fermaları (çiftlikler), Aşk Vadisi, Göyərçinlər Vadisi, Zelve Açıq Hava Muzeyi, Qızılçuxur vadisi, Güllüder Vadisi, Göreme Panorama, Cevizli, Tığrak qalası, Devrent vadisi, Paşabağlar, Üç Gözəllər, Çavuşin, Ortahisar qalası, Uçhisar qalası, Ürgüp Yunak mahallesi, Asmalı Konak, Temenni tepesi, Ihlara vadisi, Özkonak yeraltı şəhəri, Sarıhan vadisi, Gomeda vadisi, Derinkuyu, Kaymaklı yeraltı şəhərləri…

– Görməli şeyləri – peri bacaları, atları, balonları ve şərabları.

– Kapadokyada sakit ve ucuz yerdə qalmaq istəyirsizsə Çavuşində, hər cibə uyğun və hərəkətli yer istəyirsizsə, Göremede, sakit və daha lüks istəyirsizsə Uçhisarda, lüks, sakitlik və romantizm üçün Ürgüpde yer baxın. Hər qiymətə otel, hostel, pansiyon var – xüsusilə Göremede.

– Göremeye hər kəslə, Uçhisara pullu dostlarla, Ürgüpə sevgiliylə gedilir:))

kap5

– Kapadokyanın dadını çıxarmaq istəyirsizsə, cave (mağara) otellərdə qalın – ən azından 1 gecə.

– Balonla uçmaqmı, balonları izləməkmi desəniz, məncə, ikinci. Həm ucuz, həm daha gözəl görüntü verir:)

– Balonla uçmaq istəyənlər bölgədəki çox sayda şirkətlərlə danışa bilər. Bir çox otel də təşkil eleyir. Sizi oteldən alırlar, otele buraxırlar. Amma qiymətler bahadı – adambaşı təxminen 550-600 lire.

– Balon izləmək üçün ən yaxşı nöqtə Göremenin üstündəki seyir terasıdı – kimdən soruşsanız deyəcək. Burada balonların yerdən qalxdığı andan etibarən görəcəksiz. İkinci nöqtə Uçhisardı – amma orada ancaq balonlar havaya qalxınca görə bilərsiz. Qaldığınız bir çox oteldən də izləyə bilərsiz. Bunun üçün səhər tezdən qalxmalısız – günəşin doğuşuyla birlikdə balonlar qalxır. Hava şəraiti uyğun olmayınca balonlar uçmur.

kap7

– Günbatımı izləmək üçün ən gözəl nöqtə Uçhisardı.

– Zelve Açıq Hava Muzeyi Göreme Açıq Hava Muzeyindən daha maraqlıdı – görmədən dönməyin.

– Şərabı Ortahisarda deneyin. Qalanın içindəki şərabçıda həm dadına baxa, hem ala bilərsiz.

– Avanosda çömləkçilərə gedib, o qabların necə düzeldildiyini izləyə, hətta özünüz düzəldə bilərsiz.

– Yemək üçün ən lüks restoranlar Uçhisardadı. Seki restoran bahalıdı, ama mənzərəsi gözəldi. Yeməkləri də.
Görəmədə hər cibə münasib yemək tapmaq mümkündü.
Kapadokya mətbəxi gözəldi – amma ən gözəl nümunələrini Ürgüpdə Ziggy Cafedə və Avanosda “Bizim Ev”də yeyə bilərsiz. Testi kababını və Avanos kababını mütləq yeyin. Çay-kahve üçün Uçhisarda Peri Cafe Cave Man-a gedin – mağaranın içində çox maraqlı yerdi – daha çox sevgililər gedir:)

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova