Bir gəzəyənin Türkiyə günlüyü – Bu dəfə Artvin

Artvindəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Yenə mən, yenə Qara dəniz:) Bu dəfə Artvin…

Əslində əvvəlcə Rizənin gəzməli yerlərini bitirib Artvin tərəfinə keçəcəkdim, amma sevgili gəzəyənlərin bir hissəsi Şavşatla bağlı yazmaqda israr edincə bu tərəfə keçdim.

Artvin Türkiyənin özündə belə Rizə ve Trabzona görə daha az kəşf edilmiş, amma təbiət müxtəlifliyi baxımından daha zəngin bölgədi. Qiymətləri Rizə tərəfinə görə daha uyğundu. Amma xidmət Rizə yaylaları qədər deyil, təbii ki istisnalar var. Görməli yeri desəniz, saymaqla bitməz. Neçə gün ayıraq desəniz, məncə, bir həftə…

– Artvində maşınsız gəzmək Rizəyə göre daha çətindi. Düzdü, yolları ən azından bir çox yerdə asfaltdı, amma daha uzaq məsafələrdi və virajlı olduğu üçün daha yorucudu. Maşını olmayanlar turla getsə yaxşıdı.

– Hələlik maşınla gedəcəklər üçün marşrutu yazıram. Məncə, ən uzaqdan başlamaq hər zaman daha yaxşıdı. Onun üçün də tövsiyəm əvvəlcə cittaslow Şavşata getməkdi. Sarp sərhəd qapısından Şavşata təxminən 3 saatlıq yoldu. Yola Hopadan girəcəksiz. Tamamilə asfalt, amma baş döndürəcək qədər çox dolanbaclı, eyni zamanda Çoruh çayının sahili boyu çox gözəl mənzərəli bir yoldu. Şavşatda Laşet Pansiyonun bungalowlarında qalmağınızı tövsiyə edirəm. Bu il bilmirəm, keçen il 175 lirəydi (sabah yemeyi daxil). Getmədən zeng vurub yer ayırın, çünki dolu olur çox vaxt.

artvin4

– Şavşatda ilk görməli olduğunuz yer Karagöl milli parkıdı. Yolu düzgündü. Sabah saat 10-a qədər gedin, daha sakit olur. Kənarında çadır da qura bilərsiz – yer var bunun üçün. Qiyməti 25 lira. Qayıqla gəzə bilərsiz – 20 dəqiqəlik tur 20 lira.
Kənarında bir tesis var, çay içə, yemək yeyə bilərsiz. 12 yataqlıq yerləri də var – boş olsa qala da bilərsiz.

– Karagöldən sonra Balıklı gölə (Pınarlı) gedə bilərsiz. Göl deyib gözünüzdə böyütməyin, kiçicik bir göldü, amma ondan bir az yuxarıya çıxınca windows mənzərələri var:) 4 km yürüsəniz Şrata göllərinə çıxacaqsız. Balıklı göldən sonra maşın yolu yoxdu – piyada getməlisiz.

artvin 7

– Bu gölləri də görüb qayıdandan sonra xüsusilə payızda və qışda inci kimi görünən Yavuzköyü görmənizi tövsiyə edirəm. Klassik Şavşat evlərini görəcəksiniz – bu evlər Qara dənizdə başqa heç yerdə yoxdu. Yavuzköydə Şavşat Evində pendir əritməsi və silori yeyin:)

– Şavşatdan sonra istəsəniz Yusufelinə keçə bilərsiz – amma ilk dəfədirsə çox risq eləməyin, yolları çox çətindi.

– Artvinin o tərəflərini bitirib geri qayıtdıqdan sonra yolunuzu mərkəzə salın. Artvin mərkəzdə bir şey yoxdu, amma şəhərin içindən keçib yuxarılara doğru çıxdıqca mənzərə deyişir. Kafkasör Yaylasında qala bilərsiz.

– Amma vaxtınız azdırsa bu istiqamətə girməyə də bilərsiz. Şavşatdan geri Borçkaya keçin. 3 saatlıq asfalt yoldu – yenə dolanbaclı təbii ki:) Bir Karagöl də Borçkada var – qalacaq yer yoxdu, amma gəzə bilərsiz. Borçka yaxınlarında, Klaskurda qalacaq pansiyonlar var – internetdən baxa bilərsiz.

– Borçkada qalmaq istəməsəz – ki məncə qalmağa ehtiyac da yoxdu – Maçahelə gedin. Maçahel məncə Artvinin ən gözəl yeridi. Borçka Karagöldən davam eləyən asfalt yol sizi Camili kəndinə qədər aparacaq. Bu yolda ən riskli yer Canqurtaran keçididi, riski də çox zaman qatı dumanlı olmasıdı. Ən çox qəzalar burada olur, diqqətli gedin. Men 5 km sürətlə və sürekli siqnalla getdiyimi bilirəm:)

– Maçaheldə görməli olduğunuz yerlər Maral şəlaləsi, Efeler, Kayalar və Camili kəndləridi. Camili tam Gürcüstan sərhədindədi – jandarma postunu görəcəksiz. Məscidləri, evləri maraqlıdı. Kayalar və Efeler kəndlərinin isə mənzərələri öldürücü dərəcədə gözəldi – təbii, yollarına girməyə cəsarət eləsəz:) Camiliyə qədər asfalt olan yollar kəndlərdə torpaq və bir tərəfi uçurum olan dar yollara çevrilir – xəbəriniz olsun. 4×4, ən azı 4×2 olmadan girməyin.

artvin3

– Maral şəlaləsinə Camilidən gedilir, bir yerdən sonra yol yoxdu, park edib, aşağıya doğru ən az 15-20 dəqiqə pilləkanlarla enirsiz. Pilləkanların ortasında çay içə biləcəyiniz kiçik bir kafe var. Enmək bir az yaxşıdı, çıxmaq yorucudu, nəzərə alın:)

– Efeler- Kayalar köyü arasında Maçahel Baraka deyə bir yer var, bölgənin ən gözəl çayını için, ən gözəl balını alın. Maçahel balı Türkiyənin en yaxşı ballarından sayılır, unutmayın.

– Maçaheldə harda qalmaq məsələsinə gəlincə, biz İremit Pansiyonda qalmışdıq. Keçən il adam başı 100 lira ödəmişdik( səhər və axşam yeməyi daxil). Bu il necədi, bilmirəm. Pansiyon köhnə bir kənd evidi və çox zaman dolu olur, hamı da Sevdanın yeməkləri üçün oraya gedir, siz də gedin:) Olmasa, Efeler ve Kayalarda başqa maraqlı pansiyonlar da var.

– Maçaheldə əksəriyyət gürcü olduğu üçün gürcü mədəniyyəti, gürcü yemekleri hakimdi, klassik Qara dəniz mətbəxi gözləməyin.

– Maçaheldən sonra istəsəniz Fındıklı, Gorgit yaylalarına gedə bilərsiz, amma rəhbərsiz yola çıxmayın. O kəndlərdə rəhbər tapa bilərsiz. Tapmasaz mənə yazın, mən taparam:)

– Ən son aşağı enib Hopaya dönmədən Arhaviyə gedib Mençuna şəlaləsini də görə bilərsiz, istəsəniz. Amma yayda suyunun az olduğunu nəzərə alın.

– Başqa sual qalmaz ümid eləyirəm ki:) Qaldısa, yaza bilərsiz:)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s