Hollandiyada nəqliyyat

Hollandiyada nəqliyyat ümumi götürdükdə heç də ucuz deyil. Buna baxmayaraq, bir çox hallarda ucuz səyahət etmək mümkündür. Bunun üçün isə Hollandiyada nəqliyyatın neçə işlədiyini bilmək və hansı endirimlərdən istifadə etməyi bilməlisiz. İlk öncə başlayaq Hollandiyadakı nəqliyyat kartından. Burada rəsmi nəqliyyat kartı – OV-Chipkaart deyilir. Əgər Hollandiyaya bir neçə günlük gəlirsizsə, bu kartdan almağınız mütləqdir. Əks təqdirdə hər kağız bileti üçün əlavə 1 avro ödəyəcəksiz. Avtobus/Metro/Tramvaylarda isə səyahət daha baha olacaq, çünki orada saatlıq və ya günlük biletlər almalı olacaqsız.

OV-CHIPKAART (Qatar/Avtobus/Metro/Tramvay kartı)

ov

Bu kartın qiyməti 7 avrodur. Bir neçə növləri var. Disposable, Anonymous, Personal, Business. Disposable bir dəfə istifadə oluna bilər və içinə əlavə pul yükləmək olmur. Kağız-kart formasında olur. Günlük disposable kartlar isə 24 saat istifadə oluna bilər, ancaq ondan sonra istifadə oluna bilməz. Anonymous da buna bənzər olsa da, plastik formada olur və içinə pul yükləyərək istədiyiniz qədər istifadə oluna bilər. Anonymous karta heç bir xüsusi endirim yükləmək olmur, yalnız ças-pik saatlarından kənarda 40% endirimdən başqa. Bunlar barədə ətraflı daha sonra. Personal kartlar isə Hollandiyada hər hansı evdə qeydiyyatda olduğunuz zaman əldə etmək mümkündür. Online sifariş oluna bilər yalnız. Bu karta isə hər cürə abunələr və ya endirimlə almaq/yükləmək olur. Business OV-Chipkaartlar isə işlədiyiniz şirkət tərəfindən verilir və içinə şirkətdən asılı olaraq müxtəlif abunəliklər əlavə etmək mümkündür.

OV-Chipkaartdan istifadə qaydaları

Hollandiya nəqliyyatında check-in, check-out sistemi mövcuddur. Bu nə deməkdir? Qatara minmədən öncə xüsusi yerlərdə (əgər girəcəkdə qapı yoxdursa) və ya qatar stansiyasının girəcəyində qapılar olur ki, bu kartdan istifadə edərək o qapını aça bilərsiz. Buna check-in deyirlər. Anonymous kartlar ilə qapını açmaq üçün hesabda minimum 20 avro olmalıdır. Qatardan düşüb stansiyadan çıxarkən isə kartı yenidən istifadə etməklə stansiyanı tərk edə bilərsiz. Buna check-out deyirlər. Bu zaman isə sizin mindiyini stansiya ilə endiyiniz stansiyanı nəzərə alaraq ona uyğun pulu, öncədən depizot kimi saxladığı 20 avrodan çıxır və qalığı geri qaytarır. 40% endirim olan personal ov-chipkaartlarda isə check-in üçün minimum 10 avro olmalıdır kartda. Ölkədən çıxarkən kartda qalan bütün qalıq pulları stansiyalarda olan NS şirkətinin mərkəzlərindən geri götürə bilərsiz. Ancaq kartın özünü geri verə bilməzsiz. Başqa şəxs olarsa, ona sata bilərsiz.

ov2

Qatarlar üçün minimum 20 avro, avtobus/metro/tramvay üçün isə müsbət balans olmalıdır. Yəni 0 olsa da olar, yetər ki, mənfi olmasın. Yəni kartda 0 avro hesab ilə avtobusa minib düşəndə hesab mənfiyə düşür. Ona görə avtobus/tramvay/metro üçün kartlarınızda hər zaman ən azı 5 avro saxlamağa çalışın. Check-in və check-out etməyi isə unutmayın! Check-in etmədikdə qatarda yoxlama zamanı 55 avro + gediş haqqı cərimələyəcəklər. Check-in edib check-out etmədikdə isə check-in etdiyiniz zaman rezerv olunan 20 avro (qatarlar üçün) və ya 4 avro (avtobus/metro/tramvay üçün) hesabınızdan tam silinəcək. Belə olan halda isə NS şirkətinə zəng vurmaqla, pulu geri qaytara bilərsiz. Check-out etməmək necə olur? Bəzi hallarda qatar stansiyasında qapılar yoxdur. Sadəcə xüsusi quraşdırılmış qurğular olur ki, onlardan istifadə edərək check-out edə bilərsiz. Çox zamanlar da insanlar unudurlar və beləcə hesabdan rezerv olunan bütün məbləğ silinir. Check-out etməyi unutmayın!

QATAR

Hollandiyada ən böyük qatar şirkəti NS-dir. Bütün qatar cədvəllərinə isə (https://www.ns.nl/en) saytından baxa bilərsiz. Burada həmçinin qatarın qiyməti də qeyd olunur. “Show discount and return price”-ın üstünə klikləməklə isə bütün endirimli qiymətləri də görə bilərsiz.

AVTOBUS/METRO/TRAMVAY

Avtobus və tramvay qiymətləri şəhərdən şəhərə dəyişir. OV-Chipkaart istifadə edəcəyiniz təqdirdə saatlıq, günlük və ya aylıq bilet almağa ehtiyac yoxdur. Yox əgər şəhər daxili çox səyahət edəcəksizsə, o zaman günlük və ya aylıq bilet almalısız ki, bu da şəhərdən şəhərə dəyişir. Günlük Amsterdam biletlərinin qiymətinə baxmaq üçün bu saytdan istifadə edə bilərsiz: https://en.gvb.nl/gvb-dag-meerdagenkaart. Günlük bilet isə ilk check-in etdiyiniz andan 24 saat ərzində keçərlidir. Bu günlük biletləri isə ya OV-Chipkaarta yükləyə bilərsiz, ya da bir dəfəlik istifadə oluna bilən kart şəklində ala bilərsiz.

Səyahət edəcəyiniz ünvanları bildiyiniz təqdirdə və ya səyahət edəcəyiniz yol həm qatar, həm də avtobusdan ibarətdirsə, bu saytdan istifadə edə bilərsiz: https://9292.nl/en.

ENDİRİMLƏR (Yalnız qatarlar üçün)

Endirimlərə keçmədən öncə bunu bilmək önəmlidir ki, demək olar ki, bütün endirimlər “ças pik” vaxtından kənar üçün nəzərdə tutulur. Hollandiyada “ças pik” saatları 06:30-09:00 və 16:00-18:30 olaraq təyin olunub və bir çox hallarda endirimlər bu saatlar üçün nəzərdə tutulmur. Bileti alarkən şərtləri oxuyun mütləq. Həftəsonları (şənbə, bazar) isə “ças pik” yoxdur və istənilən saatda endirimlə səyahət edə bilərsiz.

Hollandiyada qatarlar çox bahadır. Ancaq NS şirkəti sağolsun ki, daimi olaraq endirimlər təqdim edirlər.

1. Əgər gələcəyiniz müddətdə təsadüfən qarşınıza AH, HEMA və ya Kruidvat mağazalarının önündə endirimli “Dagkaart” (Day Card) reklamlarını görsəz, mütləq alın. Çünki bu biletlərin əsli 50 avro olsa da, endirim zamanı 16 avro olur və Hollandiya daxili qatarlardan günlük istədiyiniz qədər istifadə edə bilərsiz. Bu kart əsasən də Giethoorn və ya digər uzaq şəhərlərə gediş-gəliş üçün sərfəlidir. Ancaq bu kartlar 2 ayda cəmi 1 dəfə satışa çıxarılır və 3 gün içərisində bitir. Belə olan halda isə bu saytdan istifadə edərək digər endirimləri görə bilərsiz: https://www.treinreiziger.nl/category/treinkaartjes/.

2. Ən çox istifadə etdiyim 1 tərəfli 12 avro (istənilən şəhərdən istənilən şəhərə) olan endirimdir (https://www.treinreiziger.nl/treinactie-twee-enkele-reizen…/). Ancaq bunu da almaq üçün gərək 2 ədəd alasız və eyni gündə istifadə etməyə məcbur deyilsiz. Əlavə şərtlər üçün isə sayta baxmağınız mütləqdir. Bir də bu biletləri mütləq çap etməlisiz. Stansiyada 1 avroya çap edirlər. İstifadə müddəti 31 Avqusta kimi.

3. Onlayn “Dagkaart” yəni günlük qatar bilet almaq istəsəz, qiyməti 19 avrodur. https://www.treinreiziger.nl/ns-dagkaart-actievandedag/. İstifadə müddəti 31 Avqusta kimi.

4. Ən azı 4 nəfər olduğunuz təqdirdə “Group Ticket” ala bilərsiz. Bu biletləri isə NS-in App Store və ya Play Store-da olan “Reisplanner” adlı proqramına yükləyə bilərsiz. Çap etməyə ehtiyac yoxdur. 7 nəfərə kimi nə qədər çox adam olarsızsa, bir o qədər çox ucuz düşər bilet. 4 nəfər üçün isə toplam 30 avro edir. Adam başı 7.50 avro yəni. 1 tərəfli gediş. Bilet almaq və ya əlavə məlumat üçün: (https://www.ns.nl/pr…/…/meest-gekocht/p/groepsticket-daluren)

5. Hollandiyadan digər ölkələrə gedən qatar və ya avtobuslara baxmaq üçün isə https://www.nsinternational.nl/en/home saytından istifadə edə bilərsiz. Əlbəttə paralel olaraq https://www.goeuro.com/ istifadə edə bilərsiz.

6. Əgər heç bir endirim əldə edə bilməsəz, o zaman Anonymous OV Chipkaartınıza 40%-lıq endirim yükləyə bilərsiz. Bunu ya stansiyada yerləşən aparatlardan ya da bilet mərkəzlərindən kartınıza “Joint Travel Discount” vəya “Combined Travel Discount” (holland dilində isə “Samenreiskorting”) yükləyə bilərsiz. Bunu istifadə etmək üçün isə gərək səyahət edən və kartında 40% endirim olan bir nəfərdən xahiş edəsiz ki, onunla birgə səyahət edəsiz. Yəni yoxlama gələrkən bunu soruşa bilər. Check-out etdikdən sonra yenidən bundan yararlanmaq istəyirsizsə, o zaman yenidən aparat vasitəsilə karta bunu yükləməlisiz.

7. 4-11 yaşlı uşaqlar isə hər zaman pulsuz səyahət edirlər. Uşaqlar üçün kartın qiyməti isə 1 centdir. Bu kartı isə yalnız online sifariş etmək olur (https://www.ns.nl/en/season-tickets/kids-vrij.html). Stansiyada yerləşən bilet mərkəzlərindən əldə etməklə bağlı məlumata isə sahib deyiləm.

Demək olar ki, bütün əsas məqamları vurğulamağa çalışdım. Mövsümi abunəliklər və biznes OV Chipkaartlar barədə isə ehtiyac olmadığı üçün yazıya əlavə etmədim. Əgər Hollandiyada yaşayırsızsa, o zaman əlaqə saxlayın, bunlar barədə də ətraflı məlumat verməyə çalışaram. Ola bilər ki, bəzi məqamları qeyd etməyi unutmuşam. Əgər belə hal olarsa, bildirin, məmnuniyyətlə məqaləyə əlavə etməyə hazıram 🙂 Xoş səyahətlər!

P.S.: Əgər bu məqaləni 31 Avqustdan sonra oxuyursuzsa,https://www.treinreiziger.nl/category/treinkaartjes/ saytına girməklə digər endirimlər barədə məlumatlar əldə edə bilərsiz. Saytın niderland dilində olmasına baxmayaraq google translate-dən istifadə edərək yararlana biləcəyinizə əminəm.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Shamil Mustafayev

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s