Bir Gəzəyənin Türkiyə günlüyü – Datça, Pokut, Sal

Datça

Datçadakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Egenin ən gözəllərindən Datçaya necə getmək, 1 gündə nə etmək, dənizə harada girmək olar?
– Datçaya ən yaxın havalimanı Dalaman havalimanıdı. Havalimanı-Datça arası 2,5-3 saata yaxın sürür.
– Datçaya girmədən yolunuzun üstündə Kızlan kəndi var, köhnə dəyirmanlarıyla məşhurdu, istəsəz baş çekin, yola çox yaxındı. (Mən keçən il getmişdim, bu dəfə getmədim)

– Datça girişində Olive Farm var, mütləq gedin. Zeytun bağının içində gözəl bir çiftlikdi bura. Yeməklik yağdan güneş yağına, kremdən sirkəyə, qab-qacaqdan şampuna-sabuna qədər zeytun ve badamdan istehsal edilən məhsulların satıldığı mağazanı gəzin, kafesində portağal suyu için. Satılan məhsulların qiyməti bahadı, amma keyfiyyəti əladı.

– Olive Farmı gördükdən sonra ana yola çıxıb 1 kilometr davam etdikdən sonra sağa Eski Datçaya yol dönür. Datçanın ən şirin yeridi bura. Mütləq gəzin, görün. Agapi Kafenin musiqilərinin müşayiətiylə arxa bağçada bir şeylər için, qalxmaq istəməyəcəksiniz. Bütün Egede gördüyüm ən gözəl musiqi seçimi olan yerdi. Can Yücel sokağında şəkil çekdirməyəni ve buzlu badəm yeməyəni döyürler🙂

1
– Eski Datçanı gördükdən sonra yeni Datça sahilə enin, Sevgi Yolunda yürüyün, Yoldan mavi bayraqlı Hastanealtı çimərliyine enin, bəyənməsəz Kumluk, onu da bəyənməsəz Taşlık çimərliyinə gedin.

SONY DSC
– Sonra Datçadan Mesudiyəyə doğru yola çıxın. 25 dəqiqə sonra Mesudiyənin möhtəşəm Palamutbükü koyundasınız. Nostalgia Kafedə bölgənin ən ləzzətli Kabak çiçəyi dolmasını yeyin, özünüzü dənizə atın:) Palamutbükündən geri dönərkən Ovabükü ve Hayıtbükü koylarına da girə bilərsiz – Palamutbükünə görə daha kiçik, daha səssiz, amma suyu eyni dərəcədə gözəl koylardı. Ya da dənizdən bezdik deyirsizsə Palamutbükünün üstündən yarımadanın ucuna doğru gedib Knidos antik şəhərini görə bilərsiz.

– Datça gezisini bitirib geri döndüyünüz zaman qəsəbənin çıxışındakı Datça Vineyard-a mütləq baş çəkin. Əla şərablar, möhtəşəm ambiyans ve üzüm bağları sizi gözləyir. Şərabın istər dadına baxın, istər bəyəndiyinizi alın.

– Datçaya bir gedən bir də gedir, unutmayın 🙂

Pokut-Sal-Hazindağ

Çamlıhemşindəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Qara dənizlə bağlı burada bir post paylaşdım, hələ də az qala her gün inboxda kimsə nəsə soruşur. Ona görə dedim, izninizlə, ayrı-ayrı bölgələrlə bağlı ayrı-ayrı postlar halında detallı məlumatlar yazım ki, daha aydın olsun:)
Qara dənizə ilk dəfə yolu düşənlərə tövsiyəm Pokut-Sal-Hazindağ marşrutudur. Bu marşrutu 3 günə gəzə bilərsiz.

– Avtobusla Bakıdan ve ya Tiflisdən (Batumdan) gedəcəklər Rizə Ardeşende və ya Pazarda düşür, Çamlıhemşin dolmuşuna minir. Hər saat başı dolmuş var – 7 lira.
Taksiylə getmək istəsəz Ardeşendən Çamlıhemşine 60 lirədi.
İşin çətin hissəsi bundan sonradı.

qradeniz4

– Çamlıhemşindən Pokut yaylasına getmək üçün ən lüks variant 4х4 maşın kirayələməkdi. Mən 4×2 ilə də getdim, gedilə bilər yəni, amma ilk gedənlərin çox diqqətli olması lazımdı:)
İkinci variant taksidi – taksilər Çamlıhemşinden 200 liraya aparır. Üçüncü variant gündəlik turların biriylə danışmaqdı – yer varsa, sizi de 50 lireyə aparırlar minibüslər. Dördüncü variant avtostopdu. Beşinci və ən çətin variant ayaqla getməkdi – Çamlıhemşin-Pokut arası 17 km ve bunun 12 km-i dik virajlı yollardı. Ən az 13-14 saat yürümək lazımdı.

– Bu variantların hər hansı biriylə özünüzü Pokuta atdınızmı, bütün çətinliklər və hesablar yaddan çıxacaq:) Cənnətdəsiz artıq. Pokutda 6 pansiyon var. Qiymətlər adambaşı 200-230 lire arasında dəyişir. Bütün pansiyonlar sabah və axşam yemək verir. Ən gözəl mənzərəsi olan Pokut Doğa Konuk evi ilə Eynetap Pansiyondu. Ən gözəl yeməklər isə Platoda Mola və Pokut Yayla Evindədi.
Pansiyonlar yayla evləridi – hər şeyləri tərtəmizdi, amma aşırı lüks gözləməyin, 2000 metr yüksəklikdəsiniz. Meselen, hamamlar ortaqdı – hər otaqda hamam yoxdu, xəbəriniz olsun.
Pokutda günorta acınca pulla yemək yeyə biləcəyiniz iki yer var – Patika Kafe və Pokut Doğa Konuk Evi.

– Pokutda aşağıda çadır qurmağa icazə yoxdu, amma yaylanın üstündəki təpədə çadır qura bilərsiz.

– İstəsəniz Pokuta 15 dəqiqəlik məsafədə olan Sal yaylasında da qala bilərsiz. Salda çadır qadağandı, amma pansiyonlar var. Tövsiyəm Pilunç Pansiyon. Qalmasanız belə Pilunç Çay Evinin sütlacını mütləq yeməlisiz.

– Pokutda ən gözəl yürüyüş vaxtı sabah tezdəndi. Saat 5-də qalxıb təpəyə çıxınca 360 dərəcəlik panorama başınızı döndürəcək. Sal yaylasına, Eynetap düzünə, bir də patikadan çıxacağınız bir düzlük var – oraya yürüyüb çiçək toplayıb gələ bilərsiz:) Gec qalsanız duman gələcək böyük ehtimalla, amma narahat olmayın dumanla günəş saniyələrlə yer dəyişdirir.

– Bölgənin ən gözəl günbatımı mənzərələrindən biri Sal yaylasının üstündədi. Axşam oraya çıxa bilərsiz. Avqustun ortalarından sonra günbatımını çox aramayın, çox nadir olur.

– Pokut ve Salda 2 gün qalmaq bütün bunları görmənizə yetər, 3-cü gün Hazindağa gedin. Pokutdan Hazindağa çox gözəl bir meşə yoluyla 2,5-3 saata gedə bilərsiz. Qara dənizin ən gözəl yollarından biridi. Mütləq gedin:) Hazindağda bir pansiyon var hələlik. Yürmək istəməsəniz o pansiyonun sahibi həm də Pokutdakı Doğa Konukevinin sahibidi, deyərsiz, transferi həll eləyər (pulla tebii:))

– Hazindağdan sonra vaxtınız qalsa bir gün də qalıb Amlakit və Samistal yaylalarına yürüyə bilərsiz. Sonra ya Pokuta geri dönüb oradan, ya da Hazindağdan Palovitə keçərək qayıda bilərsiz.

– Pokutdan aşağı enincə bir gün də keçirmək istəsəniz və teleferikdən qorxmasanız mütləq Çulina mahallesinə keçin. İnternetdən və ya orada birindən soruşa bilərsiz – Kendini Koruyan Mahalle haradı deyə. Qala da bilərsiz, teleferiklə gedib çay-pive içib qayıda da bilərsiz. Teleferik adambaşı 30 tl, orada qalası olsanız adambaşı 200 lira (sabah ve axşam yemeyi daxil). Gedəndə salamımı söyləyin:)

Çulinadan enincə Çinçiva kəndində dayanıb tarixi körpüdə şəkil çəkdirə bilərsiz, ən gözəl üçüncü nəsil kahvecisi Zua’da kahve içib tatlı (dağ çilekli muhallebi istəyin) yeyə bilərsiz, Cugal Kafedə qara lahana sarması və muhlama yeyə bilersiz, Peri Dükkandan hədiyyəlik ala bilərsiz.

– Sonrasını sonra yazaram:)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Könül Şamilkızı Nesibova

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s