Avtostopla macəra dolu Fəthiyə turu

Uzun zaman könüllü işlədiyim yerdən ayrıldıqdan sonra orda tanış olduğum biri ilə yola qoyulduq. Yola çıxdıqlarını yolda tanıdıklarına dəyişmə misalını bir kənara qoyub yeni bir macəraya yelkən açdıq.  Beləliklə rotamızı bəlirləyib yola qoyulduq. İlk dayanacağımız Fethiye oldu. Dalyandan öncə Ortaca yoluna çıxıb ordan da Fethiyeyə keçmək idi planımız, amma şansımıza bir başa gedən birisi oldu.

Fethiyedeki otel və hostelləri book etmək üçün bu linkdən istifadə edin.

İlk gecə üçün çadırımızı gün batımını bütün möhtəşəmliyi ilə izləyə biləcəyimiz “Çalış plajı”nda qurmağa qərar verdik. Səhər saat 9da Fəthiyəyə gəlib çatdığımız üçün axşama qədər mərkəzi və bir çox tarixi yerləri gəzdik. Beləki qaya məzarlarına getdik və “Fethiye kalesi”nə çıxdıq. Səfərimizin birinci günü üçün xərcim ancaq 10tl oldu.

Fethiye-Kalesi

İkinci gün üçün planımız Kayaköy => Ölüdeniz=> Kelebekler Vadisi =>Yeşil vadi şəklində idi. Ondandır ki, sabah saat 8də yola çıxdıq. Otostopla çox gözəl bir insanın sayəsində 15-20 dəqiqəyə Kayaköy-ə çatdıq. Türkiyədə mübadilə zamanı boşaldılan bu kənd indilərdə tamamilə boşdur. Heç bəzi yollarında turistə də rast gəlmədiyimiz bu yerə giriş 5tldir. Amma girişdən bir az daha irəli gedib bulağın yanından pulsuz daxil ola bilərsiz. Kabusların belə küsüb getdiyi bu yerdə çox gözəl mənzərələrə rast gəldik. Məlumatlandırma lövhələrindən oxuduqlarımla bir çox suallarıma cavab tapmasam da hər kəsin mütləq gedib görməli olduğu bir yerdir.

fethiye-kayaköy

Dünyanın ən gözəl səyahət rotası olan Likya yolunun üzərində yerləşən Kayaköydən Ölüdənizə doğru yola çıxdıq. Likya yolunun ancaq 6km kimi qısa bir hissəsini yerimək yolun sonunda bizi məhv etdi. İnsan yolundan çox keçilər üçün uyğun olan bir yol idi. Siz siz olun belinizdə 10+kq bir çanta ilə bu yolu yeriməyi ağlınızdan belə keçirməyin. Bir neçə saatlıq hikingin ardınca tamamilə tükənmiş halda Ölüdənizə vardıq. Yol bizi özəl bir plaja çıxardı, amma onun yanındakı bir boşluq hissədə gözəlcə dənizə girdik. Bir az dincəlib Ölüdənizdə ünumilikdə paraplan enişlərinin olduğu bir plaja getdik, orda doyunca yedikdən sonra otostopla digər bir rotamıza doğru irəlilədik.

Gəzənfərd 2. Avtostop: Nəriman Niftəliyev və Tofik Eynullayev

Yenə şansımız yavər getdi, otostopda çox gözəl bir insanla tanış olduq və Kələbəklər vadisi üçün yola çıxdıq. Daha çox insanların gəmi ilə getməyi tərcih etdiyi bu vadiyə maşınla 20dəqiqəyə çatdıq. Gəmi turlarının qiyməti 15-25tl arası dəyişir. Yolun Sonrasında gördüyümüz mənzərə bizi heyrətə gətirdi, dənizə düşmək üçün olan yol isə bizi şoka saldı. Dağçıların sevəcəyi qayalarla düşmə və çıxmadan ibarət olan bu yolun ancaq birinci ipin enə bildik. Əgər sona qədər getmək fikriniz varsa hiking ayaqqıbılarınızı özünüzlə götürüb, yaxşıca məşq edərək yola çıxın.

kelebekler-vadisi

Bütün yorğunluğumuza baxmayaraq o gün üçün planımızda növbəti dayanacaq olan Yaşıl vadiyə doğru yola çıxdıq. Bir çox blog yazısında haqqında oxuduğum bu ünvana çatdığımızın ilk anında təəssüflənməyə başladıq. Yazılanlarla və ya internetə yerləşdirilən şəkillərlə heç bir əlaqəsi olmayan bu yerdə qalmaq planını ləğv edib yenə geri döndük. Bu arada qeyd edim ki, Yaşıl vadiyə mərkəzdən gedib geri dönməyimiz 2 saatdan çox vaxtımızı aldı. Nə isə uzun sözün qısası heç getməyə dəyməyəcək bir ünvandı, itirdiyimiz zamana yazıq. Ümumən 2ci gün 8.50 tl xərclədim, bu da ancaq yemək və su üçün. Fəthiyəyə yolu düşənlərə məşhur bir yerdə tost yeməyi deyirlər amma elə də bir xüsusi ləzzəti olmadığı üçün burda adın yazmıram yerin 😉

Gecəni yenə Çalış plajında keçirib səhər günəşin ilk şüaları ilə yuxudan durduq. Öncədən aldığımız abur-cuburla səhər yeməyini atışdırıb, Saklıkent-ə doğru, eləcə də Fəthiyə ilə bağlı son ünvanımıza doğru yola düşdük. Saklıkent Fethiye ile Kaş arasında mərkəzdə yerləşir. Ondandır ki, hər iki şəhərdən oraya turlar olur. Yenə otostopla və ümumilikdə 4 maşın dəyişərək bizə gərək olan ünvana çatdıq.  Dolmuşla buraya gəlmək sizə 11tl başa gələcək. Saklıkent milli parkına giriş isə 3tldir. (Tələbələr 3tl, ümumi 6tl; çox təəssüf ki, müzekart işləmir) Saklıkent 21km uzunluğunda olan, minilliklər əvvəl geoloji parçalanma nəticəsində yaranmış Türkiyənin 5 ən gözəl kanyonundan biridir. 200metrəyə varan kanyon yüksəkliyinin bəzi yerlərində ancaq tək bir insan keçə bilir, ümumilikdə isə 20-30metrə eni var. Oraya gedən hər kəs ancaq ilk 2-3 km yeriyə bilir sonrasında yenə çox çətin yollar başlayır. Bu arada soyuğa mənim qədər həssazsizsa heç getmək üçün burayı listənizə almayın. Çünki sadəcə ilk keçiddən sonra artıq ayaqlarımı hiss etmirdim 😉 Günün ikinci yarısında biz artıq yeni bir şəhərə doğru yola çıxmışdıq və nəticə etibarı ilə Fəthiyədə xərclədiyim pula son olaraq su üçün istifadə etdiyim 2tl əlavə olundu.

saklıkent-kanyonu

Əgər ki, yolunuz bir şəkildə Fəthiyəyə düşərsə bütünü ilə valeh olacaqsız. Burda həm tarix, həm də təbiətin bütün gözəllikləri göz oxşuyur. Digər bütün rəsimlərə isə tezliklə facebookda “Bilməzin macəraları” səhifəsindən baxa biləcəksiz.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Nil Azim 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s