Drakulanın iziylə – Transilvaniya turu, I gün – Cluj-Napoca

Budapeştə köçəndə ev sahibimlə ilk ziyarət etdiyimiz yerlərdən biri Macar Parlamentinin əzəmətli binası olmuşdu. Parlamentin önündə mavili-qızılı zolaqlı və üzərində ay və səkkizgüşəli ulduz olan bayraq marağımı cəlb etmişdi. Ev sahibimdən soruşanda demişdiki, bu Transilvaniyanın bayrağıdır. Sonradan öyrənmişdim ki, tam olaraq Transilaniya deyil, Rumıniya ərazisində yaşayan macarları təmsil edən Szekerlandın bayrağıdır. Araştırma zamanı Transilvaniyanın həqiqətən yer adı olduğunu öyrənmişdim. Daha öncələri elə bilirdim ki, Transilvaniya xəyali bir ərazidir və ya sadəcə əsatirlərdə, əfsanələrdə mövcuddur. Sonradan Dracula, Van Helsing haqqında baxdığım filmlər məndə gedib Transilvaniyanı görmək arzusu oyatdı. Və beləcə kiçik bir səyahət planı hazırlayıb iyul ayında 4 günlük Rumıniyaya səyahət etdim.

icra hakimiyyeti

Rumıniya Avropa Birliyinə daxil olsa da şengen ərazisi hesab olunmur, buna görə də özünün ayrıca vizası var və Azərbaycan Respublikası vətəndaşlarından viza istəyir. (Bu yazıda Azər Rumıniya vizasını necə aldığını paylaşıb). Rumıniyaya daxil olmağın bir başqa yolu isə multi-girişli şengen vizasına və ya Avropa Birliyi ərazisindəki dövlətlərdən birindən yaşama icazəsinə sahib olmaqdır. Mənim Macarıstanda yaşama icazəm olduğundan viza məsələləri ilə çox da əlləşmədim.

CLUJ-NAPOCA

Cluj-Napocadakı otellər və hostellərin siyahısı

Cluj-Napoca Rumıniyanın paytaxt Buxarestdən sonra 2-ci, Transilvaniyanın isə ən böyük şəhərdir. Daha çox yerli və xarici tələbələrin çoxluğu diqqət çəkir Clujda. Cluj sözünün mənası dağların arasında yeləşən şəhər deməkdir. Elə havasından da hiss edəcəksiz ki, şəhər dağların arasında yerləşir, bürkülü, bir az da rütubətli havası var. Şəhərdə 50000-dən çox macar yaşadığından ən çox danışılan ikinci dil macar dilidir.

Rumıniyaya Budapeştdən WizzAirlə uçdum. Budapeşt – Cluj-Napoca biletini 2 həftə öncədən 15.90 euroya almışdım. Uçuş cəmi 1 saat çəkdi, passport yoxlamadakı uzun-uzadı sorğu-sualdan sonra (niyə gəlmisən, qayıdış biletini göstər, qalacağın yerləri göstər və s.) daxil oldum Avram İancu adına beynəlxalq hava limanına.

bilet

Hava limanından şəhər mərkəzinə 8 nömrəli avtobus və ya 5 nömrəli troleybusla getmək olar. Dayanacaq hava limanının ərazisindən çölə çıxan kimi sağda yerləşir. Dayanacağın yanındakı butkadan 4 lei (86 cent) verib 2 gediş üçün bilet aldım. (bilet almaq üçün olan makina çalışmırdı, butkadakı xaladan isə yalnız nəğd pulla alış-veriş etmək olar). Biletlər 2 gedişlidir, hər dəfə biletin 1 tərəfini nəqliyyatdakı maşında oxutmaq lazımdır. Təxmini 25 dəqiqədən sonra gəldim çatdım şəhər mərkəzinə, buradan isə qalacağım apartı tapmaq lazım idi. Sağ olsun Avropa Birliyinin roamingi aradan qaldırma siyasəti, 4G interneti qoşub aparta doğru xəritəni izlədim.

Şəhər mərkəzinə 10 dəqiqəlik piyada məsafəsində olan Cazare Vio otelində özümə 1 gecəlik yer book eləmişdim. 1 gecəsi – 20 avroya. Ev sahibləri cizgi filmlərindəki tombik şirin nənə-babalara bənzəyən bir cütlük idi. Clujdakı başqa otellərə bu siyahıdan baxa bilərsiz. Beləcə əşyalarımı yerləşdirib üz tutdum şəhərə doğru.

Cluj-Napocadakı görməli yerlər:

corvinus st michael church cluj

  • Union Square (Piata Unirii) – şəhərin əsas meydanı. Rumınlar demək olar ki, bütün şəhərlərdəki əsas meydanları Piata Unirii adlandırırlar.
  • Michael’s Roman-Catholic kilsəsi – 1350-1487-ci illər arasında tikilib və ölkənin ən görkəmli qotik memarlıq nümunələrindən biri hesab olunur. Kilsə həm də Transilvaniya böllgəsinin ən hündür qülləsinə sahibdir, giriş pulsuzdur və yan tərəfində macar kralı Matthias Corvinusun at üzərində olan heykəli var.
  • Güzgü küçəsi (Strada in oglinda) – Kilsənin arxa tərəfində, arxası kilsəyə doğru durduqda qarşıda Güzgü küçəsi dayanır. Bu küçənin özəlliyi ondan ibarətdi ki, küçənin sağ və sol tərəfindəki binalar və binaların üzərindəki naxışlar tamamilə simmetrik tikilib. Mən orda olanda sağ tərəf təmir olunmuş, binalar səliqəyə salınmışdı, sol tərəfdə isə təmir hələ də davam edirdi amma yenə də simmetrikliyi görmək olurdu. Mənim kimi simmetriya sevənlər üçün bu küçə əsl cənnətdir 😀
  • Muzey meydanı (The Museum Square) – Clujun ən qədim meydanıdır, özündə bir neçə arxitektur nümunəni birləşdirir, bundan başqa muzey son illərdə avtomobillərə qapadılıb və sadəcə piyadaların girişinə icazə var.
  • Franciscan Kilsəsi – Muzey meydanında yerləşir, qotik tərzdə tikilib
corvinus corvin house casa
Corvinusun doğulduğu ev
  • Matthias Corvinusun evi – Corvinusun 1443-cü ildə məhz bu evdə doğulub. Evin içərisi qotik dövrün sonlarına yaxın bir neçə şeyi özündə qoruyur, bundan başqa ev İncəsənət və Dizayn Universitetinə ev sahibliyi edir.
  • Metropolitan Ortodoks Katedralı (The Metropolitan Orthodox Cathedral) – katedrala giriş pulsuzdur.
  • Milli teatr və Rumın milli opera evi – Ortodoks katedralının önü ilə irəliləyincə qarşınız çıxacaq. 1904-06-cı illərdə, avstriyalı memarlar Ferdinand Fellner ve Hermann Helmer tərəfindən barok üslubda tikilib. Milli teatr və Rumın milli opera evi institut kimi 1919-cu ildə qurulub və Rumıniyada ən prestijlilərindən hesab olunur. Buradakı tədbirlərə dünyanın bir çox ölkəsindən turistlər gəlir.
milli teatr ve opera
Milli teatr və Rumın Milli opera evi
  • Dərzilər qülləsi (Tailors’ tower) – Teatra gəldiyiniz yolla davam edərkən yolun sağında görə bilərsiniz. Clujda 18 dənə qoruma və gözətçi qülləsi olub və bunlara müxtəlif peşə sahiblərinin adları verilib (dərzilər qülləsi, qəssablar qülləsi və s). Şəhərin qüllələrə yaxın yerlərində məhz o peşə sahibləri yaşayırdılar və şəhəri, şəhərə olan hücumlardan qorumaq məhz bu peşə sahiblərinin vəzifəsi idi.
  • Şəhər divarları (The city walls) – 1241-ci ildə tatar işğalından sonra şəhəri tatarların hücumundan qorumaq üçün tikilib. Şəhər divarları demək olar ki, bütövlükdə dağılsa da çox kiçik bir hissəsi bu günümüzə gəlib çatıb.
  • Əczaçılıq tarixi kolleksiyası (The collection of the History of Pharmacy) – Kolleksiya Clujda əczaxana kimi tanınan ən qədim binada yerləşir (1573-cü il). Tarixi dövründə kolleksiya bir neçə əczaçı ailəsi tərəfindən əl dəyişdirib və bu gün “muzey” kimi fəaliyyət göstərir.
  • Şəhər qəbirstanlığı (The Central Cemetery) – Qəbirstanlığın tarixi 1585-ci ildə taun xəstəliyindən ölənlərin şəhər divarlarından kənarda basdırılması ilə başlanıb. 400 ildən çoxdur ki, fəaliyyət göstərən bu qəbirstanlıqda ən qədim baş daşının üzərindəki tarix 1599-cu ili göstərir. Qaldığım otel qəbirstanlığın demək olar ki, içində yerləşdiyindən, “otel”dən rahatlıqla qəbirstanlığa düşmək olar.

IMG_0037

Beləcə bu yerləri bir-bir gəzib, qaldığım aparta qayıtdım. Səhərisi gün tezdən oyanıb, Drakulanın doğulduğu və orta əsrlərdən qalma rəngli-rəngli evləriylə məşhur Sighişoaraya gedəcəkdim.

Beləcə Cluj-Napoca yazımı burada bitirirəm. Növbəti yazıya Sighişoaradan davam edəcəm.  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s