Tarixin yadigarı – İstanbul

Istanbuldakı bütün otel və hostellər bu linkdə…

Salam, size Istanbulda edile bilecek aktiviteleri ve qiymetler baresinde melumat vermek isteyirem. Ilk olaraq Istanbul tarixin ve dunyanin goz bebeyidir, Avropayla Asiyanin birlesdiyi mekandir, ve hem Avropa, hem Asiya qitesini ve medeniyyetini, tarixiniozunde cem edir.

Bir Osmanli tarix aşiqi olaraq biz möhtəşəm bir 7 gün keçirdik orada. Nəqliyyat metro və tramvay – 2.60 TLdir, Vapur ən bahası 7 TL. Hə bir də ən yaxşı pul dəyişmə yeri Kapalı çarşıdır ən baha ordadır. Normal yerlərdə 100$ 450 idisə, orada 463 idi. Total da sərf edir, 100-100 dəyişəndə adama uzaq gəlir 🙂 Nəqliyyat vasitəsi- Tramvay- Kapalı çarşı station.

🔆 Muzeylərə giriş ayrı-ayrılıqda bahadır, lakin museums card’ı 125TL ə almaqla xərcinizi 3-4 qat endirmiş olacaqsınız. Demək olar bütün muzeylerim girişində satılır. Biz Topqapıdan aldıq. Və audio guide 20-30 tl arası dəyişir, mütləq kirayələyin, getdiyiniz yerlər haqqında bütün məlumatı ən xırda detalına qədər əldə edəcəksiniz.

İndi isə detallata keçirəm:

1. Topkapı sarayı + Gülhanə.
İkisi yanaşıdır. Birinci Topkapıya girmək lazımdır, çünki müəyyən saata qədər açıqdır, və gəzmək üçün saatlar tələb edir. Biz 4-5 saat sərf etdik (1 saat yemek üçün). Dediyim kartın keçdiyi muzeylərdən biridir. Altda şəklini paylaşacam haralara keçərlidir deyə. Daha sonra Gülhanə parkının yaşıllığında dincəlin. Ən uyğun nəqliyyat – Tramvay – SultanAhmet station.

istanbul9

2. Dolmabahçe + Beşiktaş stadium.
Hər ikisi limitli saata qədər açıqdır (səhv etmirəmsə 5.00) Nəqliyyat vasitəsi – Tramvay – Kabatash station. Dolmabahçe ümumi girişi 90 Tl’dir. Dediyim kart keçərli deyil. Lakin əsas görülməli yer “Harem”dit və girişi 40TL’dir. Daha sərfəlidir. Yenə azı 1-2 saat sərf edəcəksiniz. Çünki çox böyükdür.

istanbul5

3. Taksim + Madame Tussauds. Nəqliyyat vasitəsi- Tramvay + Funicular – Tramvayla Kabataş (ən son stansiyadır), daha sonra həmən yanında Funicular ilə Taksim’ə gedəcəksiniz. Madamme Tussauds girişi 57 Tl dir, amma bir sayt var orda combo ticket – Madame Tussauds + Sea Life aquarium – ikisi birgə 76 TL əldə edə bilərsiniz. Və ya biletX digər sərfəli seçimdir. Link:

🔗 https://www.madametussauds.com/istanbul/tr/bİletler/

4. Boğaz turu- bilet 15€ – daxildir 5 saatlıq dəniz turu, 2 məhşur yerdə hər biri 1 saat olmaqla durur və gəmi üzdükcə mühim yerlərdə önəmli tarixi binalar haqqında bələdçi məlumat verir, btw, çay kofe limitsizdir.

istanbul11

5. Dənizləri birləşdirən Bosphor boğazı balıqlar cənnətidir, balıq yemədən dönmək günahdır. Ən xoşumuza gələn məkan Eminönü oldu, düz boğazın yanında en qədər restoran seçimi var. Qiymətlər 35-50 arasıdır balıqlar üçün. “Hamsi” (balıq) yemeyi unutmayın, yanında nəsə içmək istəsəniz seçimizi türklərə məxsus “rakı”dan yana kullanın. Bu ikisi dəyişməz ikilidir. Ha bir də, balıq ekmek yol üstü fast food olaraq ən yaxşı seçimdir. Nəqliyyat- Tramvay- Eminönü station.

6. Ayasofya 😍 + Sultanahmet + Basilica Su sarnici. Nəqliyyat- Tramvay – Sultanahmet station.
•Məncə Sultanahmed ancaq çöldən gözəldir içərisində maraqlı heçnə görmədik. Giriş pulsuzdur.
•Gəlirəmmm AYASOFYA ❤️ – ənnnnnn sevdiyimiz, aşiq olduğumuz yer oldu, 6cı əsrdə Bizans tərəfindən kilsə olaraq tikilən bu gözəlim məkan, 1453 cü ildə İstanbul fəth edilərkən məscidə çevrilir. Bütün sultan və hökmdarların göz bəbəyi olduqu deyilir, və məzarlarının məhz orda olması bunun sübutudur hər halda. Kilsə ornamentləri məhv edilmədən məscidə məxsus elementlər əlavə edilib və bu da buranı özəl edir. Adını çəkdiyim kart burada keçərlidir. Hər yerini diqqətlə incələyin.

istanbul1
• Basilica- Bizans dövründən qalma su anbarıdır. İsti havada belə çox sərin olur, girişi 20 Tl xaricilərə, 10 tl türklərə, və bizden soruşanda xarici varmı? (Danışıqdan tutmadı türk olmadığımı) Dedik biz azəriyik, amma 10 tl’ə verdi yenə. Bu ayrı bir zövq idi. Btw, onlarin dediyine gore biz onları sevməsək də, onlar bizi çox sevir. “Bir millət, iki dövlət” bu birləşməni dəfələrlə işlətdilər. Basilicada ən sevdiyimiz activity Osmanlı geyimində 25TL’ə çəkdirdiyimiz şəkillər oldu. Ordan yalnız birini pulsuz verirdilər, biz bütün şəkilləri almaq üçün 100 tl ödəyib bütün şəkilləri disk formasında satın aldıq, və onlar bir dənəsini çap formada verdilər.

7. Büyükada- Nəqliyyat vasitəsi- Vapur – 7 Tl- Eminönü’dən gedə bilərsiniz. Aşiq oldugumuz ikinci məkan. Bir dənə maşına rast gələ bilmərsiz, yeganə nəqliyyat vasitələri faytonıar və velosipedlərdir. Faytonla tur atmaq ən yaxşı seçimdir- 70 TL , 50 dəqiqəlik (10dəq çay stop’u) tur atır. İnsan özünü filmlərdə hiss edir 😍 Yeməklər də ucuzdur, və hədiyyə almaq istəsəniz ən yaxşı və ucuz seçimlər ordadır 😍

8. Üsküdar, Kadıköy məhşur yerlərindəndir. Üsküdarda yalnız çay içib ətrafı izlədik. “Kız kulesi” ilə mənzərə seyrində, yoldaşla birge incəbel armudu stəkanda içilən çay başqa ləzzət edir. 😍

9. Galata kulesi – Nəqliyyat vasitələri- Tramvay- Eminönü station- ama 10 dəqiqə gəzməlisiz. Ən yaxşısı metro – Shishane station. Daha rahatdır. İçərisinə girmədim.

Və son olaraq İstanbulda ölmədən edilməsi gərəkli 100 şey adlı bir məqalə paylaşacam, ümid edirəm yararlı olar sizə. Xoş gəzmələr.

🔗 https://www.google.az/amp/s/onedio.com/amp-haber/711080

#with Vusal Isayev #withlove

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Matanat Isayeva 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s