Buddanın vətəni və dünyanın ən hündür zirvəsinin yerləşdiyi mistik ölkəyə səyahət-Katmandu, Nepal

Bəzən insan real həyatdan uzaqlara qaçmaq, problemlərdən, ailə-məişət qayğılarından, zamanında cavablaya bilmədiyi məktubların kabusundan qurtulub heç kimin onu tanımadığı bir yerə getmək istəyir.

“İldə bir dəfə heç vaxt olmadığınız yerə gedin”.

Nepalın Katmandu Tribhuvan Beynəlxalq Aeroportu dünyanın ən təhlükəli hava limanlarından sayılır. Azərbaycan vətəndaşları vizanı hava limanında əldə edə bildiklərinə görə, 8 saatlıq səyahət çox insanı Buddanın vətəninə aparır. Hava limanına enər-enməz diqqəti dövlət bayrağı cəlb edir. Nepal dünyada bayrağı dördkünc olmayan yeganə dövlətdir. 2 üçbucaqdan əmələ gələn atribut Himalay dağının zirvələrinin, eyni zamanda Hinduizm və Buddizmin rəmzi hesab olunur.

buda9

“Hara gedirsinizsə, ora qəlbinizlə gedin”.
Nepalda səhər yeməyində Takali mətbəxini dadmaq məsləhətdir. Hind mətbəxindən fərqli olaraq, Nepalda yeməklər daha az ədvalı və az acıdır. Mətbəxin əsasını digər Asiya ölkələrində olduğu kimi, düyü təşkil edir və mis sinidə süfrəyə verilən yeməyin yanında müxtəlif məzələr təqdim olunur. Nepal mətbəxinin 2 özəlliyi var. Burada həm düyüdən, həm də məzədən istədiyiniz qədər götürə bilərsiniz. Digər məqam isə qidanın çox ucuz və istədiyiniz əlavələrin pulsuz olmasıdır. Nepalda nemətə böyük hörmət var. Buddizm fəlsəfəsindən irəli gələrək, qidanın israfı və gərəyindən artıq ərzaq istifadəsi bəyənilməz hal sayılır. Yemək dəstgahına daxil olan şirin qatıq isə deserti əvəzləyir. Takali mətbəxində yeməkdən sonra hər kəsə razyana və büllür şəkər təklif olunur. Bunları çeynəmək həm ağız sağlamlığına faydalıdır, həm də nəfəsi təravətləndirir.

buda7

Tamel adlanan ticarət küçələri Katmandunun ürəyi hesab olunur. Sanki sonsuz uzanan küçələrdə əl işləri, suvenirlər, ərzaq mağazaları bir-birini əvəzləyir, gün çıxandan batanadək insan axını ilə rastlaşır, anlamadığın dildə səslər, musiqi sədaları eşidir, tacirlərin harayı isə qulaqda xoş bir ahəng kimi eşidilir. Küçələrdə dolaşmaq, ədvaların qoxusunu duymaq, bəsit və sadə şərtlərdə belə xoşbəxt olmağın mümkünlüyünü öz üzərində hiss etmək istəyirsən. Axı Nepal fərqli reallıqlar ölkəsidir.

“Bizi düşüncələrimiz tərbiyə edir, necə düşünürüksə, elə də oluruq”.

Fərqliliklər arzusu insanı möhtəşəm Durbar meydanına aparır. Katmandunun bütün yolları Durbardan başlayır. Burada kral sarayının əzəməti, Bazar meydanının səs-küyü, Kumari – yaşayan ilahənin qəsri və allahların şərəfinə ucaldılmış məbədlərin mistik ab-havası elə ilk andan insanı öz təsirinə salır.

Hələ qədim zamanlardan Katmandu Nevark qəbiləsinə məxsus olsa da, sonralar müstəqil Nepal dövlətinin paytaxtına çevrilib. Şiva, Taleju, Krişna kimi allahların şəninə ucaldılmış məbədlər buranın ən qədim ibadət məkanlarındandır. Meydanda isə yüz illərdir ibadətlər, tacqoyma mərasimləri keçirilib.

buda12

Buranın ən maraqlı məkanlarından biri Kumari sarayıdır. Rəvayətə görə, Şah Jayaprakash Malla tanrı Taleju ilə görüşüb aşıq-aşıq oynayır, oyun əsnasında məmləkətin problemlərini danışır, şah da onun xeyir-duasını alırmış. Hər gecə tanrı ilə xəlvət görüşən hökmdar bir dəfə onu möhkəm əsəbləşdirir və o, əbədi şahı lənətləyib qeybə çəkilir. Sonralar şahın bağışlanma dualarına acıyan tanrı onun yuxusuna gəlib, böyük məbəd inşa etməsini və onu Shakhiya sülaləsindən olan gənc, bakirə qızlar arasından axtarmasını deyir. Son 3 əsrdən çoxdur ki, Nepal əhalisi yaşayan ilahəyə ibadət edir, onun xeyir-duasını alırlar. Nevar (Şakiya) sülaləsindən seçilən ilahə Kumari Qəsrində yaşayır və Nepalda ən yüksək mənsəbə sahib insan hesab olunur. Hətta hökmdar belə onun qarşısında ayağa qalxmalı və təzim etməliymiş, ilahə isə həddi buluğa çatanadək Kumari qəsrində yaşamalı, rituallarda iştirak etməlidir. Yerli əhali ilahənin Taleju tanrısının reinkornasiyası olduğuna inanır və ilahənin xeyir-duasını almaq üçün isə yalnız Nepal xalqının onun görüşünə gəlməsinə icazə verilir. Turistlərin isə ilahəni görməsi sadəcə təsadüf nəticəsində, Kumari sarayının pəncərəsinə yaxınlaşdığı halda, mümkün olur. Bu nadir hal hesab olunsa da, səfərlərimin birində həmin ilahəni eyvanda gördüm və o, bizdən xeyir-duasını əsirgəmədi. Nepal tanrılar ölkəsi hesab olunur və Buddanın Nepal ərazisində doğulduğuna inanılır. Bir sözlə, Nepalda tanrıların sayı əhalinin sayından çoxdur.

buda8

“Ağılla yaşayan biri üçün ölüm qorxulu deyil”.

Nepalda insanlar ibadətə və öz inancına çox bağlıdırlar, hansı dinə, hansı tanrıya iman gətirməsindən asılı olmayaraq, burada hər kəs ibadətlə məşğuldur. Şəhərdə bir çox Buddist və Hindu məbədi var, Svayambhu və Boudha Stupa isə ən çox ibadət edilən Buddist məbədlərindəndir. Digər dinlərdən fərqli olaraq, Buddizmdə məbədin içərisinə daxil olmurlar, bunun əvəzinə məbəd ətrafında saat əqrəbi istiqamətində dövr edirlər. Dua etmək əvəzinə isə sağ əllə məbədin divarlarına bərkidilmiş və üzərində dualar həkk olunmuş silindrləri hərəkətə gətirir, zəngləri çalırlar ki, bu ritual da duanı əvəzləyir. Məbəd üzərinə dualar yazılmış bayraqlarla bəzədilib və bu yazıların məkanı pis ruhlardan qoruduğuna inanılır. Buddanı və onun dörd ruh halını təcəssüm etdirən məbədin dördkünc gümbəzi isə Buddanın gözlərinin təsviri ilə bəzədilib. İnanca görə, buddanın üç gözü olub, bu gözlər yer və səmada var olan hər şeyi eyni anda görə bilib. Məbəddə möhtəşəm ruhani ab-hava var, insan burada özünü rahat və çox xoşbəxt hiss edir. Kamillik mücəssəməsi olan bu məkandan sonra yollanacağınız yer isə mənəvi səyahətin son dayanacağı olacaq.

Nepalda dünya maddi-mədəni irs nümünələrindən biri – Buqumati çayı sahilində yerləşən Pashuptinath və ya rayonun adı ilə desək, Aruyuqat klimatoriyası yerləşir. Bura minlərlə insanın son mənzilidir və yalnız varlılar burada yerli əhali üçün kifayət qədər böyük olan məbləği ödəyərək, əzizlərinin cənazəsini yandıra bilirlər. Cənazəni odun parçalarının ətrafında üç dəfə fırladaraq mərkəzə yerləşdirir, sonra isə yandırırlar. Bu zaman mərhumun yaxınları yüksək səslə ağlayırlar ki, cənnət mələkləri mərhumun ruhunu cənnətə aparsın, nəşin qalıqları yanaraq Buqumati çayına tökülsün. Buqumati çayı isə nəşin qalıqlarını Qanq çayına tökür.

buda11

Ümumiyyətlə, Nepal əhalisi üçün ölüm bədbəxt hadisə sayılmır, çünki buddizmə görə həyat insan üçün bir səyahətdir. Dünyaya gəlməzdən öncə də biz real dünyada idik, öldükdən sonra da yenidən oraya qayıdırıq. Hinduizmə görə isə hər ölüm özü ilə yeni başlanğıc gətirir və buna görə hər birimiz növbəti həyatımızda yeni bədəndə doğulacaq, yaxşı əməllərimizə görə mükafatlandırılacağıq. Nepala səyahət olduqca mistik və maraqlı təsir bağışlayır. Çünki buranın mədəniyyəti kimi, səyahətlər də doğuluş, həyat, təcrübə və xoşbəxt sonluqla bitir. Bəlkə, insan həyatı da belədir, bir səyahətin sonu digərinin başlanğıcıdır?!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Usi Zade

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s