Kutaisi bələdçisi: Martvili, Okatse kanyonları, Promotheus mağarası, Gelati monastrı

Kutayisidəki bütün otel və hostelləri sizin üçün bu linkə topladır

Salam. Bu yazımı Gürcüstanda Kutaisi şəhərinin ətrafında yerləşən çox maraqlı turistik yerlər (Martvili, Okatse kanyonları, Promotheus mağarası, Gelati monastrı və s.) barəsində yazacam. Və əsas məqsədim təcrübəsi az olan, həvəsi olub da səyahət etməyəmaddi baxımdan imkanı çatmayan, “Biləcəridən kənara çıxmamışam” deyənlər, turlarsız, sərbəst gəzmək istəyənlər üçün təcrübə yığmaq istəyənlərə az da olsa kömək etməkdir. Əgər qrup olacaqsınızsa çalışın heçolmasa bir nəfər rus dilini bilən, bir nəfər də xəritə ilə işləyə bilən biri olsun. Əlavə yemək hazırlayan biri də olsa əla olar) Dediklərimi nəzərə alsanız, 100-200 manat arası xərcə gedib gəzib gələ bilərsiniz.
İlk öncə bəzi tədbirləri görməyi unutmayın.
1) Mobil nömrə mütləqdir. Misalçün 5 lariyə Geocell nömrəsi alırsınız (balansda 100 mb və 100 sm olur), balansı ödəmə terminallarında artıb (plastik kartla ode.az saytı ilə də olar) *135# yığmaqla müvafiq olaraq 3 lari – 500mb, 5 lari-1.2gb, 7 lari-2gb, 10 lari-4gb və s. Götürə bilərsiniz.
2) Getmədən Maps.me və Google map proqramlarını yükləyib Gürcüstanın xəritəsini offline işlətmək üçün yükləyin və aşağıda verəcəyim koordinatlarla məkanları qeyd edin. Daha sonra internetiniz olmasa da GPS lə harda olduğunuzu müəyyən edə bilərsiniz (hələlik Bakının xəritəsini yükləyib məşq edə bilərsiz).
3) Mütləq özünüzlə powerbank götürün.
4) Booking.com saytında yer rezerv etməyi öyrənin. Bilmirsinizsə maps.me və booking haqqında da material hazırlayaram.
5) Yola çıxdıqda çantanıza biraz yemək və su qoyun, həddən artıq pal paltar yığmayın. Özünüzlə çəkələk (şəpit nə bilim, nə deyirsizsə artıq) götürüb qatara, avtobusa mindikdə geyinin.

35695486_2027006737329603_3490896779069620224_o
6) Hostel, Otel, Qonaq evi bron edərkən qiymətə aldanıb reytinqsiz və ya reytinqi aşağı olan yerlər bron etməyin.
7) Bron etdiyiniz yerin nömrəsinə mütləq əvvəldən zəng edib ünvanı dəqiqləşdirin hətta ora hansı marşurut getdiyini də soruşa bilərsiniz.
Gələk yola. Bildiyiniz kimi Bakı-Tiflis avtobusları 12 manata avtovağzaldan axşam 9 dan sonra yola düşürlər və səhər saatlarında Tiflisin Ortaçala adlanan mərkəzi avtovağzalına çatırlar. Amma mən məslət görərdim siz avtovağzaldan Qırmızı Körpüyə qədər bilet alasınız (təxminən 10 manata). Əgər boş avtobus tapmasanız avtovağzalın 3 cü mərtəbəsindən Mercedes Sprinterlər yola düşür. Ən rahat yol isə qatarla getməkdir (PL – 23 manat). Qatar axşam saat 10 da yola düşür, təxminən səhər 11 in yarsına Tiflisə çatır). Online almaq üçün https://goo.gl/Bvixsu
Qırmızı Körpü sərhəd məntəqəsində biraz pul dəyişin (şəhərlə elə 100 manatda 1-2 lari fərq edir). Gürcüstan tərəfdə Tiflis dəmiryolu vağzalına gedən qazelə minə bilərsiniz (4 lari).
Əgər Tiflisdə qalmağı planlaşdırmırsınızsa yolumuza davam edək.
Tiflisdən Kutaisiyə və birdəfəlik Martviliyə avtobuslar gedir (Birdəfəlik Martviliyə getməyi məsləhət görmürəm çünki uzun yoldan sonra yol yorğunu olassınız). Dəmiryolu vağzalının arxasında Kutaisiyə mikoavtobuslar yola düşür ( 10 lariyə – təxminən 4 saat). Orda tapa biməsəniz və ya hələ gec çıxdığını düşünürsəniz qarşıdakı avtobus dayanacağından 117 və ya 150 nömrəli marşuruta 0.80 lari verib Didube avtobağzalına (Locationhttps://goo.gl/MGjS2P ) gedə bilərsiniz. Ordan Kutaisiyə bir saatdan bir mikroavtobuslar gedir. Batumiyə gedən mikroavtobusa da minə bilərsiz. Gediş haqqı yenə 10 lari. Orda sim nömrə də ala bilərsiz . Mikroavtobuslar sizi Kutaisi Avtovağzalına aparacaq (Location https://goo.gl/pQ5Wos ) . Məslətim isə qatarla getməyinizdir. Qatar sizi 5 saata aparacaq amma çox rahat gedəcəksiniz və yorğunluğunuz çıxacaq. Qatara bilet 9 laridir. Səhər 9 da dəmiryolu vağzalından yola düşür, 14:30 da Kutaisi I dəmiryolu vağzalına çatır (Location https://goo.gl/ydjs4B ). Online almaq üçün sayt – https://goo.gl/MSwL3A , application – https://goo.gl/LRyHFx . Bilet nömrəsini desəniz bəs edəcək.
Kutaisiyə çatdığınız gün Martviliyə və ya Okatseyə getməyi məsləhət görmürəm. Yaxşı olar ki, qalmaq üçün yer bron edib duş alıb, yemək yeyib dincələsiniz. Daha sonra isə şəhəri gəzmək olar. Kutaisi balaca şəhər olsa da çalışın mərkəzə yaxın yerdən yer bron edin. Və mətbəxindən istifadə mümkün olsun. Misalçün biz günü 20 lariyə ayrıca otaqda qaldığımız qonaq evi https://goo.gl/kvCe3Z . Qatar stansiyasından 23 nömrəli marşurutla gələ bilərsiniz. Yaxınlıqda yarmarka və mağaza var. İlk gün Kutaisidə Bagrati Cathedralına gedə bilərsiniz (Logatinon https://goo.gl/dQHfa6 ). Gəncə qapılarının saxlandığı Gelati monastrına (Location https://goo.gl/94L98L ) getmək üçün Meskhishvili teatrının arxasından (Logation https://goo.gl/behspV ) 2 lariyə səhər saat 8 dən axşam 18-00 a qədər mikroavtobus yola düşür. Mütləq gedin. Qapı IV Davidin məzarının yanındadır. Yadda saxlayın ki, Kutaisdə 1 nömrəli mikroavtobus qatar stansiyası və avtovağzala gedir (gediş haqqı 0.50 lari).
Marviliyə getmək üçün sizə Kutaisi avtovağzalına getmək lazımdır. Avtovağzalın arxasından 1 saatlıq interval ilə işləyən marşurut sizi 1 saat 20 dəqiqəyə Martviliyə kimi aparacaq (4 lari səhv etmirəmsə).
Evdən çıxmazdan qabaq çantanıza su, buterbrod hazırlayıb qoymağı unutmayın. Powebank öz yerində. Əgər kanyona qədər getməsə ordan piyada, avtostop və ya taxi ilə gedə bilərsiniz. Adətən kanyona yaxın gedirlər ( Location https://goo.gl/krWEC6 ). Kanyonda gəzindi 15 lari, lotqa ilə üzmək isə 13 lari təşkil edir. Biraz bahadı amma mənzərəyə görə pul verməyə dəyər. Həvəsiniz olsa kanyondan sonra 8 km şimalda Salkinoda Dadiani knyazlarının sarayını görməyə gedə bilərsiniz (Location https://goo.gl/f2VfCN). Ancaq ya avtostop ya da taxi yə pul verməli olassınız. Bəxtiniz gətirsə marşurut vaxtına düşə bilərsiniz. Eyni qayda ilə geri qayıda bilərsiniz. Və ya Martvilidə yer bron edib gecələyə bilərsiniz. Martvilidən dərhal sonra Okatse kanyonunu görmək istəsəniz Martvilidən Khoni avtovağzalına gəlib ordan ordan Okatse marşurutunu gözləyə bilərsiniz. Ancaq alternativ olaraq vaxta qənaət etmək üçün Khoniyə getmədən Martvili ilə Okatse yolunun kəsişdiyi yerdə (Location https://goo.gl/QDweS8 ) düşüb, uzu Okatseyə tərəf marşurut, avtostop, və ya çoxsunuzsa birləşib 10-15 lariyə taxi danışa bilərsiniz. İlk deyilən qiymətlə razılaşmayın, biraz alışveriş edin.
Okatsedə (Location https://goo.gl/1o1tTD) giriş 15 laridir. Girişdən kanyonun özünə qədər 2.5 km məsafə var. Orda Offroad taxilər sizi aparmaq üçün 40 laridən 20 lariyə kimi təkliflər edəcəklər. Biz taxi ilə yox, piyadalar üçün olan çığır ilə gedib gəldik. Kanyonun özü çox gözəldir, mütləq gedib baş çəkin. Çantanızı 2 lariyə Girişdə saxlama kamerasına verə bilərsiniz, amma mütləq içərisində su olan kiçik çanta götürün özünüzlə. Kanyonun girişindən 6 km şimalda Kinchkha şəlaləsi (Location https://goo.gl/2EPnZH ) var. Hazırda orda körpü təmiri gedir deyə yaxına buraxmırlar. Mən yazını 20.06.2018 də yazıram ola bilsin bir neçə ay sonra təmir bitdi. Əvvəlcədən orda maraqlanın. Əgər getsəniz şəkildəki donuz balasına məndən salam deyərsiz 🙂 əgər həmin vaxda sağ qalsa. İmkanlı şəxslər biraz şimala gedib paraqildinq uçuşu da edə bilərlər. Geri qayıtmaq üçün tapsanız marşurut, tapmasanız avtostop və ya taxi ilə gələ bilərsiniz. Biz avtostopla Khoniyə, ordan 2 lariyə marşurutla Kutaisiyə gəldik.
Vaxt məhdudiyyətinə və mənim yol yoldaşımın təmbəlliyinə görə 😀 biz Prometheus mağarasına (https://goo.gl/edfu3o ) gedə bilmədik. Amma sizə kömək edəcək məlumatları deyim. Giriş 20 laridir. Kutaisi avtovağzalından 1-2 lariyə Çxaltubaya (Location https://goo.gl/bzmJyu) ordan isə 1.5 lariyə mağara gedə bilərsiniz. Mağaraya avtobus gün ərzində yalnız 3-4 dəfə getməlidir səhv etmirəmsə. Mütləq əvvəldən vaxdı dəqiqləşdirin. Yeri gəlmişkən Çxaltubada “bütün xəstəlikləri sağaldan su” adlanan radon suyu var. əsasən onurğa, sinir, qan-damar xəstəliklərinə xeyir edir. Hətta Iosif Stalinin tez tez gəlib burada müalicə olunduğu, özünün ayrıca otağı olduğu deyilir. İsdəsəniz maraqlanarsınız.

35870777_2027004923996451_1693852990357635072_o

Kutaisiyə qayıtdıqdan sonra isə avtovağzaldan Tiflisə mikroavtobusla qayıda bilərsiniz. Amma mən yenə də sizə qatara bilet alıb qatarla qayıtmağıı məsləhət görürəm. Həm arada o qədər vaxt fərqi yoxdur, Həm qatarda adam az olur və özünüzə ayrıca kabinet götürə bilərsiz. Əvvəldən deyim ki, sonra qulaqlarım cingildəməsin 😀 hava isti olsa kabinet də isti olacaq. Amma o tərəflər biraz dağlıqdı. Bizim halda sərin keçdi. Kutaisdən qatar 12:15 də Kutaisi I dəmiryolu vağzalından yola düşür. Və saat 17:15 də Tiflis dəmiryolu vağzalna çatır. Vağzaldan çıxan kimi təxmini 50 metr sol tərəfdə qırmızı körpüyə yola düşən qazel olur. Sadəcə o vaxda qalmağı biraz şans məsələsi. Ona görə qatardan düşdükdən sonra başınız vağzaldakı LC Waikiki və Terranova mağazasına qarışmasın 🙂. Əgər orda marşurut tapa bilməsəz ya taxi ilə Qırmızı Körpüyə gəlin, ya da pulunuz az çıxsın istiyirsizsə Rustaviyə kimi marşurutla gəlib, Rustavidən taxi ilə sərhəddə gəlin. Sərhəddən keçdikdən sonra heç narahat olmayın istəməsəniz belə bizim sürücülər sizi minimum 10-12 manata Bakıya gətirib çıxaracaq)) Əgər əlavə pulunuz varsa qatarla da gələ bilərsinizş Qatar tiflisdən elə həmin dəmiryolu vağzalından axşam 20:30 da yola düşür, səhər 9 da Bakıdadır. Amma bileti gərək mimimum 2-3 gün əvvəldən alasız. Qiymət isə PL 23- 25 manat arası olacaq. Kutaisi – Tiflis qatarından fərqli olaraq bu bileti kassadan almaq lazımdır. Elə Kutaisi vağzalından da Tiflis-Bakı qatarına bilet ala bilərsiniz. Getməzdən əvvəl 1331 nömrəsinə zəng edib yerin olub olmadığını soruşun.
Bu qədər… Burda az büdcə ilə səyahət etmək istəyən üçün məlumatlar vermişəm. Kimsə daha çox avtostop və ya daha çox taxi istifadə etmək istəyərsə bu artıq individual birşeydi. Hərf səhvi filan etmişəmsə çox da şey eləmiyin ))) İş vaxtı 2 saatdır bitib, ancaq mən bunu bitirmədən getmək istəmədim. Qarşıda Bakıdan-Sumqayıta 1 saatlıq tıxaclı yol məni gözləyir 🙂Ümid edirəm səbri çatıb bura qədər oxuyan oldu və yazdıqlarım azda olsa sizə kömək olacaq. Çalışın bacardıqca səyahət edin. Çünki insan yaş artdıqca yox yeni kəşvlər etdilcə, yeni bilgilər topladıqca inkişaf edir, böyüyür. Əgər səyahətin hansısa hissəsində planınız pozulsa kefinizi pozub təəssüflənməyin, pozitiv düşününün, mütləq bir çıxış yolu, alternativ axtarıb tapassınız, həta belə səyahətiniz daha maraqlı və yaddaqalan olacaq 🙂Yenə də nə sualınız olsa çalışacam bacardıqca cavablayım. UĞURLAR

Edit. Həftənin birinci günləri Martvili, Okatse kanyonları və Prometheus mağarası fəaliyyət göstərmir. İş vaxtı isə səhər 9 dan axşam 18:00 a qədər (mağara 10:00 da açılır səhv etmirəmsə).

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Azer Hasanov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s