Bali bələdçisi – nə qədər pul lazımdır?

Bali adası-Yer kürəsindəki cənnət

Bali adasındakı bütün otel və hostellərə bu linkdən keçid alın.

Bali adası ilin 12 ayında da rəngarəng və gözəlliyi ilə seçilməsinə baxmayaraq İyun-Oktyabr aylarında özünəməxsusluğunun pik nöqtəsini yaşayır. Bu gün əminəm ki, bir çoxinsanın yanında Bali haqqında danışdıqda o insanın ürək döyüntüləri daha tez-tez atmağa başlayır. Həmin anda insan ürəyi durmadan Bali adasını istəməsinə baxmayaraq beyin ($dollar$) komandası verib ürəyi sakitləşdirir))). Bu səbəbdən bu gün Balinin möhtəşəmliyindən deyil 15 günlük səyahət üçün oraya çəkiləcək xərclərdən danışmaq istəyərdim. Əvvəlcə yaxşı xəbər odur ki, Bali adası, ümumiyyətlə İndonezya Azərbaycan Respublikası vətəndaşları üçün vizasızdır. Aeroportda UK vətəndaşlarının yerində Viza almaq üçün növbəyə durduğunu görüb növbəsiz və vizasız adaya daxil olmağın həzzi başqadır.

33704730_216128762506936_3868696091134263296_o

Bali adasına getmək üçün çəkilən xərcin əsas hissəsini təbii ki, təyyarə bileti tutur. Bu gün Bakıdan Bali adasına aşağıdakı variantlarda uça bilərsiniz: 1) Baliyə low-cost təyyarələrlə uçmaq istəsəniz bunun üçün Bakı-Tehran-Kuala Lumpur-Bali istiqamətində gediş-dönüş biletləri ala bilərsiniz. Bu variantla Buta, Air Asia və Garuda İndonesia təyyarələrini istifadə edəcəksiniz. Bilet xərci 1 nəfər üçün gediş-dönüş gedəcəyiniz ayın günlərindən asılı olaraq 1000-1200 manat aralığında olacaq. 1 tərəfli aeroportlarda gözləmə müddəti daxil təxminən 30-40 saat ərzində Baliyə çata bilərsiniz. Təyyarələr low-cost olduğu üçün oturacaqlar narahatdır. 2)İkinci variant Bakı-İstanbul-Cakarta-Bali istiqamətində gediş-dönüşdür. Bu variantda Bakı-İstanbul-Cakartaya THY ilə, Cakarta-Bali arasında olan 1 saatlıq məsafəni isə Garuda İnternational ilə uçacaqsınız. Bilet qiymətləti ilin bütün sezonlarında 1300-1500 azn arasındadır, Səyahət müddəti aeroportlardakı gözləmə vaxtı ilə birlikdə 24 saatdır. 3)Üçüncü variant Bakı-Doha-Bali reysidir. Qatar airwaysin çox rahat olan təyyarələri ilə 13 saata Baliyə çatacaqsız. (Bakı-Doha 2,5 saat, Doha-Bali 8 saat, geri qalan müddət aeroportda). Bilet qiyməti 1700-2000 azn aralığındadır. Əlavə olaraq deyim ki, Sinqapuru da görmək istəyənlər Bakı-Doha-Sinqapur-Bali reysinə bilet ala bilər. Bilet qiyməti 2000 azn. Tranzit uçuş olduğu üçün vizasız Sinqapurda 96 saat qala bilərsiniz. İndi isə qayıdaq Baliyə. Bali adası yaşayış üçün kifayət qədər ucuz olan bir yerdir. Burada ictimai nəqliyyat olmadığı üçün əsas xərc taksilərə çıxır. Baliyə getmədən mütləq Uber yükləyin. Çünki orada Uber taksilərdən 2 dəfə daha ucuza başa gəlir. Əgər Uber istifadə edə bilməsəniz yalnızca göy rəngli BlueBird taksilərini istifadə edin. Bütün taksilərə əyləşəndən sonra taksimetri açdırın yoxsa düşəndə kefləri istəyən qiyməti oxuyacaqlar)). Bu arada 40 dollar ödəməklə sutkalıq şəxsi taksi tuta bilərsiniz. Bütün gün sizi istədiyiniz yerə aparacaq. Qrupla gedən insanlar üçün əlverişlidir. Moto və skutr idarə edə bilənlərin isə əsl bayramıdır. 15 günə heç 100 dollar xərciniz çıxmaz. Skutr sürməyi öyrənmək asandır, ancaq ilk dəfə üçün çətinlik çəkə bilərsiniz və qəza riski yüksəkdir.

33714936_216128799173599_6588086026512629760_o

Növbəti məsləhətim taksiyə pul verib adanı gəzməkdənsə gəzəcəyiniz ərazidə otel tutub qalmaq daha sərfəlidir. Çünki Balidə otel və villalar xeyli ucuzdur. Məsləhət görə biləcəyim oteller Ubud bölgəsində-(Bakung Ubud Resort and Villa 4*-günlük iki nəfərlik-dbl otaq üçün 70 azn ödəyəcəksiniz, Bliss Ubud Abangan 4*- dbl room 105-azn, Sens Hotel and Spa-4*-dbl room-150 azn, The Peacock İnn 3*-65 azn-yeri əladır). Balinin ən bahalı yeri sayılan Nusa Dua bölgəsində okeana 5-10 dəqiqəlik məsafələrdə məsləhət görə biləcəyim otellər(Mercure Bali 4*-dbl room 100 manat, Swiss Belhotel Segara Resort 4*-dbl room 80 manat, Santika Siligitia Nusa Dua 4*-dbl-70 manat) P.s-Bunlardan xeyli ucuz və bahalı otellər də var, büdcəniz nəyə uyğunsa seçə bilərsiniz. Beləliklə son nəticəyə gəlsək əgər iki dost THY ilə Baliyə uçub yuxarıda göstərdiyim orta səviyyədə otellərdə qalıb, səyahət boyunca Uber istifadə etsə 15 gün üçün 1400×2(bilet)+1000(otel-db room)+300 azn(uber)+1000(yemək və gəzmək)- ortalama 2 nəfərə 5000 azn-adambaşı 2500 azn xərciniz çıxar. Bunu günə böldükdə adambaşı 166 manat gündəlik pul edir ki, Azərbaycanın hər hansı bölgəsində yalnızca otelə az qala günlük o qədər pul ödəmək lazımdır. Tək gedənlər isə 3000-3500 aralığında xərc çəkməklə möhtəşəm 15 gün keçirə bilər. Bu arada Bali balayı adasıdır deyənlərə çox da qulaq asmayın, bura nə Seyşeldir nə də ki Maldiv. Baliyə fərq etmir tək, dostla və ya ailəli getmək, hər insanda unudulmaz xatirələr qoyan bir adadır. İndi isə bu günlük bu qədər. Qiymər barədə əlavə sualı olan yaza bilər.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Gəzgin Həyat

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s