Yeyilmək istəyənlər üçün hannibal xəritəsi

Çox adam Afrikaya gedəndə tinbaşı adamyeyənlərlə rastlaşdığımı düşünür. Nə yalan deyim, Yer üzündə hanniballar hələ də var. Amma onların menyusunun şərəfli hissəsi olmaq üçün adam gərək özü manyakcasına çalışsın. Çünki heç də tinbaşı rast gəlmək olmur onlara. Bəs hardadı o hannibal iqamətgahları?

1. Cənub-Şərqi Papua-Yeni Qvineya

Korovai qəbiləsindən olanlar hal-hazırda yaşayan hannibalların ən ləyaxlısıdırlar. Vaxtaşırı kimisə tutub yeyirlər. Çay boyunca məskən salan korovailar arabir yolun azmış, ya hər yerə burnunu soxan turisti də tutub desert menyularına əlavə edə bilirlər. İsti insan beyni isə onlar üçün əsil delikates sayılır.
Niyə insan əti yeyirlər? Ağacdan yıxıldı, vəhşi heyvan parçaladı, başına fil düşdü öldü – bu kimi səbəblər korovailar üçün anlaşılandı. Amma vay o gündən ki, kimsə hər hansı xəstəlikdən ölə!.. Belə olanda dərd götürür onları ki – bu adam niyə durduğu yerdə ölsün ki? Həmən bir səbəb gəlir ağıllarına: qara magiyanın əməli! Bu cür ölən insanı da, əlbəttə ki, sağ qalanlardan qorumaq üçün ne etmək lazımdır? Düzdür, basıb yemək.
Maraqlı fakt: 1961-ci ildə Nyu-Yorkun qubernatoru Nelson Rokfellerin oğlu Maykl Rokfeller qəbiləyə məxsus artefaktları yığarkən qəfil yoxa çıxıb. Hələ də meyiti tapılmayıb. Ehtimal ki, korovaiların bayram süfrəsinin bəzəyinə çevrilib.

2. Hindistan

Hindistanın şimalındakı aqhori sektasının üzvləri, sağ olsunlar, heç kimi məcbur tutub yemirlər. Öz xoşlarıyla daxili orqanlarını vəsiyyət etmiş könüllülərin könüllərini qırmayıb ədəb-ərkanla yeyirlər. 2005-ci ildə Hindistan jurnalistləri xəbər tutublar ki, aqhorilər hətta Qanq çayındakı çürüməkdə olan meyitləri və krematoriylərdəki insan orqanlarını də yeyirlərmiş.
Niyə insan əti yeyirlər? Aqhorilərin fikrincə, bu, insan orqanizminin qocalmasının qarşısını alır.
Maraqlı fakt: insan sümükləri və kəlləsindən çox gözəl bəzək əşyaları düzəldirlər. Subaylara qismət.

33248942_10215502619746189_5530306714756186112_o

3. Fici adası

Lap əvvəllər adı elə, belə pis çıxmasın, Hannibal adası idi. İndinin özünədək yerli əhali arasında dədə-baba adət-ənənəsini davam etdirənlər olur. Amma kimi gəldi yemirlər. Ancaq düşmən qəbiləsindən olanları.
Niyə insan əti yeyirlər? Qisas ritualıdır.
Maraqlı fakt: Ficidəki hanniballar elit hanniballardır. Adamı da adam kimi çəngəl-bıçaqla yeyirlər. Yediklərindən qalan əşyaları da kolleksiya kimi saxlayırlar. Pensilvaniyadakı Arxeologiya və Antropologiya muzeyində bu cür kolleksiya nümunələrinə rast gəlmək olar.

4. Braziliya

Braziliya sizdə karnaval, bikini, çimərliklərlə assosiasiya olunur, amma, görürsüz ki, tutub yeyilmə ehtimalınız da var. Vari qəbiləsi 1960-cı ilədək eksklüziv olaraq ancaq möminlərin meyitlərini yeyirdilər. 1960-cı ildən sonra hansısa missionerlər qəbiləni, demək olar ki, tamamilə qırıblar. Amma buna baxmayaraq indinin özündə də Brazilyadakı yoxsulluq ucbatından hələ də hannibalizm faktları qeydə alınır.
Niyə insan əti yeyirlər? Yoxsulluq və aclıq ucbatından.
Maraqlı fakt: 2012-ci ildə aparılan sorğunun nəticələrinə görə, bir çox insanlar «filankəsi öldür və ye» kimi səslər eşidirlər. Ona görə də Braziliyada tanış olanda əvvəl bir soruşun görün 2012 sorğusunda iştirak ediblər ya yox.

5. Qərbi Afrika

Aktiv hanniballar cəmiyyəti var, adı da «Leopard» (bəbir). Keçən əsrdən adam yemək havasına düşüblər. 80-cı illərədək Syerra-Leone, Liberiya, Kot-d’İvuar həndəvərlərində hannibalların yeyib-içmək yadıgarları olan insan qalıqları tapılırdı. Qəbilə üzvləri bəbir dərisindən geyimdə olur.
Niyə insan əti yeyirlər? İnsan ətinin onları daha güclü və cəld etdiklərinə inanırlar.
Maraqlı fakt: aktiv davamçıları da var. «Human Alligator» cəmiyyəti.

33317273_10215502622346254_7958077944218255360_o

6. Kamboca

Jurnalist Nil Devis xəbər vermişdi ki, Kambocada hanniballıq 1960-1970-ci illərdə Cənub-Şərqi Asiyadakı müharibələr zamanı əl-ayaq açıb. Hal-hazırda çox nadir hallarda rast gəlinir.
Niyə insan əti yeyirlər və ya yeyirdilər? Kamboca ordusunda düşmən ciyərini yemək kimi ritual vardır.
Maraqlı fakt: «Qırmızı Kxmerlər» ölkədə bütün qida ilə bağlı məqamları nəzarət altında saxlayaraq bilərəkdən kütləvi aclıq halı yaratmışdırlar.

7. Konqo

Konqoda hanniballıqla bağlı sonuncu fakt 2012-ci ildə qeydə alınıb. O vaxtdan yəqin tövbəlidirlər. Amma hanniballığın ən moda düşdüyü dövr 1998-2002-ci illər olub.
Niyə insan əti yeyirlər və ya, tərgidiblərsə, yeyirdilər? Səbəbi çox sadədir. Müharibə vaxtı üsyançılar hesab edirdilər ki, düşmənləri tutub yemək lazımdır. Əsasən də xüsusi ədvalarla hazırladıqları ürəklərini.
Maraqlı fakt: konqolular indi də əmindirlər ki, insan ürəyi orqanizmə xüsusi qüvvət verir və onu yeyəndən düşmənləri it kimi qorxur.

Sizə xoş səyahətlər! 🙂

P.S. Fotodakı massailər adam yemirlər a. Onlar – qardaşdı!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Ali Akbar

One thought on “Yeyilmək istəyənlər üçün hannibal xəritəsi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s