Kabusların, ruhların at oynatdığı otel – Fairmont Banff Springs

Əslən Albertadan olan iş yoldaşım mənə çox maraqlı bir hadisə danışdı, sizlərlə də, bölüşmək istədim. Əvvəlcə onu deyim ki, özüm belə hadisələrə inan biri deyiləm, sadəcə adam çox inandırıcı danışdı və hadisənin Albertada məhşur olduğunu dedi.

Deməli, Albertanın Banff adında kiçik və gözəl bir şəhəri var. Şəhərdə 1888-ci ildə inşa olunmuş Fairmont Banff Springs adındakı otel eyni adlı təbii qoruq ərazisinə yaxın yerləşir. Otelin lənətli olduğu deyilir.. 1920-ci ildə oteldə toy keçirilib. Toy günü, gəlin pilləkənlərdən qaçaraq düşən zaman ayağı gəlinlik paltarına ilişir və bərk yıxılır. Hadisə nəticəsində qız ölür və daha sonra qızın kabusu otelin müxtəlif yerlərində görünməyə başlayır. 1950-ci illərdə, 2 nəfər oteldə tək otaq götürür və bir müddət qaldıqdan sonra özünü asır. 692 və 873 nömrəli otaqların lənətli olduğu düşünülür. Həmin otaqlarda intihar hadisəsi baş verib.

Bannfda normal, kabuslardan, ruhlardan azad otellərə baxmaq üçün bu linkə keçin 😀

692-ci otaqda qalmış bəzi müştərilər, axşamlar otaqda işıqların yandığını, yastıqların başlarının altından qəfildən sürüşdüyünü və bir qüvvə tərəfindən yataqdan itələndiklərini bildirblər.

32462815_1239499772847761_2915407273490644992_n

873 nömrəli otağın hekayəsi isə lap qəribədir. 50-ci illərdə burada müştəri olan bir ailə ölü aşkarlanıb. Hadisədən bir müddət sonra otaqdan istifadə edən müştərilər, hamam otağında kranların öz-özünə açıldığından şikayət ediblər. Bəziləri səhərlər, qışqırıq və help us (bizə kömək edin) səsinə oyanınıblar. Bu səbəbdən, otağın yerləşdiyi 8-ci mərtəbənin koridoru qismən qapalıdır və otaq müştərilərə təklif olunmur.

Bir faktın isə real şahidləri var. 1975-ci ildə oteldə qalmış iki yaşlı qadın, otaqlarında yaranmış problemlə görə özünü otel işçisi kimi təqdim etmiş Sam McCAuley adlı birinə müraciət edirlər. Qadınlardan biri otağın qapısını açmaqda çətinlik çəkir və Sam, açarı qadından alaraq qapını açır və ona nəzakət göstərir. Qadın, adamın adını öyrənir və söhbətləşirlər. Qadın sonra həmin adamı axtaranda məlum olur ki, Sam McCAuley adlı şəxs oteldə çalışıb, sadəcə 1972-ci ildə vəfat edib.. Qadınlar onun fotosu əsasında onlara köməklik edən şəxsin Sam McCAuley olduğunu iddia edirlər..

Axşam vaxtı bəzi otel qapıları döyülür, qapını açanda isə heç kim yoxdu. Pəncərələr özlüyündən açılır, içəri yarpaq zad girir. Liftdə, məsələn 5-ci mərtəbədən, 2-ci mərtbəyə getmək istəyirsən və 2-ni basırsan. Birdə gördün ki, 3 rəqəmidə basılıdı. Bütün bu söz-söhbətlərə görə bir necə işçi oteldən çıxıb.

Söhbətin ən maraqlı yeri isə don’t look back söhbəti oldu. Otelin səkkizinci mərtəbəsində, axşam vaxtı gedərkən arxa tərəfdən don’t look back (arxaya baxma) sözləri gəlirmiş.. Bununda həmin gəlinin ruhu olduğu deyilir.

İnternetdən bir az araşdırdım və həqiqətəndə belə hadisələrin olduğunu gördüm.. Siz bu oteldə qalardınızmı ? Məsələn, 692-ci otaqda qalırsız və gecə 01:20 də qapı döyülür 🙂)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Nihat Valizada

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s