Pisaya getməlimi, getməməlimi?!

Pisadakı otellərə bu linkdən baxa bilərsiniz.

Demək hələ bilmirəm necə yazacam necə qruplaşdıracam sırf test kimi yazıram, əgər hansısa ideanız, əlavəniz, “bu artıqdı” dediyiniz bir şey varsa mənə mütləq yazın. Çox çox sevinərəm. 🙏🏻🤗 Ehmm.. 🤭 Başlayıram.
Professor imtahana kitab seçimini bizə buraxanda baxıram ən az səhifəli kitab hansıdırsa onu seçirəm 😅Bu şəhəri seçməyim də bir az ona oxşadı 😆
Pisa!
Bu əyri binanı məncə çox-çox adam tanısa da “mütləq getməlisiz!” dediyim bir şəhər deyil. Düzü heç şəhər deyil ora mənə görə. Mikrorayon kimi bir yerdi.
Və bu məşhur binadan başqa heeeeçnəyi yoxdu desəm inanarsız?🏻‍♀️
Bina haqqında sizin wikipediadan da tapa biləcəyiniz məlumatları yazmaq istəmirəm.
Bina tikiləndə sadəcə kilsə zəngi üçün nəzərdə tutulub, torpaq əyri olduğundan sürüşməyə başlayıb 😅Ən maraqlısı isə son 800 ildə bina hər il 2 millimetr sürüşməyə davam edir. 🧐
Burdakı gəzintimizlə bağlı isə onu deyim ki, getməyimizə peşman deyiləm amma getməsək də olardı🙄Bir şeydə özümə molodec deyirəm ki, 1 gün heç ayırmamışdım bura 8-9 saat ayırmışdım amma siz getsəniz 3-4 saat edin bu vaxtı.
Qatarla Romadan çıxdıq üzü şimala doğru və ilk dayanacağımız bura oldu. Qatardan düşdüyümüz andan avtobusa mindiyimiz ana qədər yağış kəsmədi (arada 1-2 saat kəsdi). Biz də gəldik, qülləni gördük, bir-iki dənə əlimizi elə tutduq ki, guya biz əyirik, guya əyilməyini qoymuruq kimi şit-şit şəkillər çəkəndən sonra gördük ki, elənəcək başqa heçnə yoxdu, yağışın da heç azalma kimi bir niyyəti yoxdu, yaxınlıqdakı otellərə üz tutduq. Bir otağa 5-6 saatlığına 150 Euro deyəni kim, 100 Euro deyəni kim, axır 2 otağın hərəsini 40 Euroya danışdım (2 fərqli ailə idik) girdik otağımıza. Sumkalardakı bütün paltarlar yaş olmuşdu, onları sərdik qızdırıcıların üstünə. Mamam və qardaşım otağa girəndən çıxana qədər yatdılar🤦🏻‍♀️ Mamamın rəfiqəsi ilə mən gördük yağış kəsib biraz dedik çıxaq gəzək bəlkə görüləsi başqa yerləri var.

32215418_10204518143509612_2515242232764694528_n
Gəlməmişdən çox araşdırma eləmişdim hər şəhər haqqında, (həmişə araşdırma eləməyi xoşlayıram), hamı yazmışdı ki, orda Pisa qülləsini görməkdən daha vacibi Panini yeməkdi. Paninin də şəkillərinə baxıb “pff kolbasa çörəyi bizə başqa adnan sırıyırlar” dedim hələ. Nəysə, üz tutduq bekarçılıqdan həmin bu Paninisi məşhur yerə. Oh My God! O necə dad idi elə. Yəni mamam oxusa yüz faiz deyəcək artırıram, mənim amma yediyim ən dadlı kolbasa çörək idi (yenə də kolbasa çörək statusundan çıxmır o :D) . Qiyməti hardasa 5-6 euro idi səhf eləmirəmsə, içərisinə neçə cür pendir, neçə çür ət (mal əti, donuz əti və s.), göbələklər və başqa tərəvəz növləri + müxtəlif souslar əlavə edirlər. Çörəyi biraz bərk olur, amma dadını çox bəyənmişdim.
Lokal mağazaları elə çox yoxdu, elə daha çox suvenirlər restoranlar idi. Bir də yarmarka tipdə bazarı olurmuş amma biz gedən vaxt havaya görə qurulmamışdı o.
Axşam otelimizdən çıxdıq getdik avtobusumuza, Florensiyaya doğru.. .
.
Panini aldığımız məkanın adı L’Ostellino

Romadan Pisaya gedən qatara 17 Euro vermişdik adambaşı. 2 saat 20 deqlik məsafədə idi.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

 

Paylaşdı: Nigar Sani

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s