Yerlisindən Amsterdam bələdçisi – İsa Yusibovun gözüylə

Bu dəfə Amsterdamda “uçmağın” başqa versiyası barədə qısaca yazmaq istəyərdim (Amsterdamda olan otellər üçün bu linkdən istifdadə edin)

Şəhərin ən tanınmış yerlərindən biri Amsterdam Toren adlanır və Hollandiyanın ən hündür panoraması olan Lookout (hardasa 100 metr). Əvvəllər 20 mərtəbəli bu bina Shell-in ofisi olub, indi isə turistik yer kimi fəaliyyət göstərir. Binanın aşağı mərtəbələrində hotel, ofislər və s. var. Maraqlı yerlər 19cu mərtəbədən başlayır. 19-da Moon adlı restoran var, elə quraşdırılıb ki, masalar 360 dərəcə fırlanır, oturduğunuz yerdən gördüyünüz şəhər dəyişmiş olur. Məsləhət: o restoranda sevgilinizlə nahar eləmək istəsəz birinci menuda qiymətlərə baxın sonra asta-asta ordan uzaqlaşın 🙂))

20-ci mərtəbədə şüşə pəncərə ilə əhatəli kafe var. Aldığınız biletlə orda 2 içki pulsuzdu, qiymətləri ümumilikdə yaxşıdı. Normalda bilet 12,50-di. Amma çox adam Premium ticket alır 20 euroya və bu biletə 2 içki, suvenir və binada çəkdirdiyiniz şəkil daxildir. Bu bileti alsaz kassa, növbə gözləmədən qalxa bilərsiz.

21-ci mərtəbədə Amsterdam Lookout var və burda şəhəri ən hündür yerdən izləmək olur. Hava yaxşı olanda Utrecht falan da görünür lap uzaqdan.

31292631_10216077148027311_6570514941543812763_n

Və ən əsas, 22-ci mərtəbədəki yelləncəkdir. Axşam saat 9a kimi açıqdır bura, yəni bəzən qaranlıqda da şəhəri izləmək olur. Acrophobia-sı olanlara məsləhət deyil bu arada:) Qeyd edim ki, bu swing üçün əlavə 5 euro ödəniş istənilir. Bizim qızların/oğlanların boyunun balaca olmasını nəzərə alaraq onu da deyim ki, 1.10 m-dən balaca olanlar ora buraxılmır, indi özünüz baxın da 😀

Enjoy your stay in Amsterdam!

Gəzənfərd 3. Amsterdam: Pərvin Cəbiyeva və İsa Yusibov

MUZEYLƏR

Bu qrupda və inboxda Amsterdamdakı muzeylərlə bağlı tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq muzeyləri ziyarət etməyin ən sərfəli yolunu deyim.

Ümumilikdə bura gələn turistlər ya Red Light-a görə gəlir, ya da ki incəsənətə görə. Turizmin ən ciddi gəlir mənbələrinin bəlkə də birincisi elə muzeylərdi. Məsələn Van Gogh muzeyinə giriş 18 eurodu. Adam o qədər çox olur ki, artıq Amsterdamdakı turistik yerlərin bir çoxuna bilet bir-iki ay öncədən tükənmiş olur.

31640987_10216107666230247_4602283364990650770_n

Şəhərdə turistlərlə bağlı bir neçə discount card-lar var, onlar haqqında imkan olsa müsbət və mənfi tərəflərini ayrıca postda yazacam gələcəkdə. Qısa müddətdə ən çox muzey gəzmək istəyənlər üçün verəcəyim ən önəmli məsləhət “Museumkaart” sifariş etməkdir. Normalda burda uzunmüddətli yaşayanlar, Holland vətəndaşları və s. üçün bu kart 1 illik etibarlıdı, amma turistlər üçün bu 1 aydı. Aldığınız bu kartla siz 1 ay ərzində təkcə Amsterdamın yox, Hollandiyanın 300-dən çox muzeyini pulsuz gəzə bilərsiz. Eyni zamanda bu kartla məsələn Rijksmueum-a, Van Gogh muzeyinə bir ay ərinzdə istədiyiniz qədər gedə bilərsiz. Amsterdam eyni zamanda İkinci Dünya müharibəsində önəmli rol oynadığı üçün mövzu ilə bağlı burda maraqlı yerlər də var.

Kartın qiyməti 60 eurodu, 3-4 euro da servis xidməti əlavə edilir. Kartı online alanda istəsəniz mənim ev adresimə göndərtdirə bilərsiz, 2-3 günə gəlir. Görüşəndə gətirib verərəm özünüzə.

Bir də unutmadan bir muzeyi də nəzərinizə çatdırım. Haaqa şəhərində hamımızın əsərlərini ən azı bir dəfə gördüyü Escher-in muzeyi var, ora getməyinizi şiddətlə tövsiyyə edirəm. Paylaşdığım şəkillər onun əsərlərindəndi. Amma Museumkaart orda işləmir, giriş 9.50 eurodu.

Digər turistik kartlardan fərqli olaraq bu kart Amsterdamda nəqliyyat üçün, və ya başqa məqsədlər üçün discount ya free entrance vermir.

NƏQLİYYAT

Bura gələn turistlərin çaş-baş qalıb lazımsız yerə əlavə pul xərclədiyi sahələrdən biri də ictimai nəqliyyatdı. İctimai nəqliyyatın qiymətləri tez-tez dəyişir (bahalaşır) deyə internetdəki məlumatlar elə də səhih deyil. Məsələn son on ildə burda 1 saatlıq kartlar 1 eurodan çox bahalaşıb. Hal hazırda saatlıq kartlar 2.90-a satılır.

İlk öncə Amsterdamda nəqliyyatdan necə ucuz istifadə etməyi yazım. Əvvəla, burdakı nəqliyyat artıq chip sisteminə keçib deyə minəndə və düşəndə (qatar, tramvay, metro, avtobus) check-in və check-out etmək lazımdı. Normalda kartda hesabınızda pul olmalıdır ki nəqliyyatdan istifadə edə biləsiz. Avropanın başqa ölkələrində olduğu kimi burda biletsiz getmək kimi bir lüks yoxdur ona görə də.

Qısa müddətli qalanlar üçün ən optimal variant Amsterdam Travel Ticketdir. Bu bileti siz 1-2-3 (qiymətləri 16-21-26 euro) günlük ala bilərsiz. Bu biletlə Amsterdam daxilində 3 gün ərzində gəzə bilərsiz (qırmızı avtobuslar xaric, onlar başqa şirkətindi). Eyni zamanda bu biletlə disko-disko partylərdən sonra gecə avtobuslarına da minə bilirsiz (gecə avtobusunun qiyməti 4.50 eurodu normalda, məni çox zibilə salıb 😀 )

Amsterdam Travel Ticket bütün başqa biletlərdən daha sərfəlidi. Amsterdam Schiphol hava limanından Amsterdamın istənilən vağzalına dəfələrlə gedib gələ-bilərsiz bu 1-2-3 gün ərzində məsələn. Amma yenə də check-in check-out etməyi unutmayın! (zatən qapıları aça bilmək üçün bunu etməlisiz)

31911353_10216130306076229_8377163174876545024_o

Amsterdamda tramvaylar gecə 1-in yarsına qədər işləyir. Avtobuslar 24 saat, amma onlar da 1-in yarısından sonra dəyişib olur nachtbus (night bus) və nömrələri də dəyişir. Buna diqqət edin. Səhər saat 6-7də yenə normal iş rejiminə keçilir.

Əgər Amsterdamın ətrafında olan turistik bölgələrə (Zaanse Schans, Edam, Volendam kimi) getmək istəsəz ən sərfəlisi Amsterdam & Region Travel Ticket-di. Bu bilet eyni zamanda bu regiondaki avtobuslarda da etibarlıdı. Amsterdam Travel Ticket-dən fərqli olaraq. Qiyməti 18.50-26.00-33.50 (1-2-3 günlük)

Və bir gün boyu bütün Hollandiyanı unlimited gəzmək istəsəniz dagkaart (günlük kart) ala bilərsiz, 55 euro qiyməti var. Bu biletlə Hollandiyadakı bütün ictimai nəqliyyatdan istədiyinz marşrut üzrə istifadə edə bilərsiz.

Bura gələnlər çox qalmır deyə bizim burda işlətdiymiz personal ov-chipkaartlar barədə yazmağa ehtiyac yoxdu. Zatən sərfəli də deyil sizə.

Yuxarıda qeyd etdiyim biletləri Amsterdam Hava limanında (kitab mağazasında, vağzalın özündə və s), bəzi vağzallarda və online (discoverholland.com) vasitəsilə ala bilərsiniz.

GECƏLƏMƏ – OTEL/HOSTEL

Bu dəfəki mövzumuz Amsterdama təşrif buyuranların yaralı yeri olan hotel/hostel məsələsidi.

Amsterdamdakı bütün otel və hostellərlə burdan tanış ola bilərsiz.

İlk öncə onu deyim ki, Avropanın bir çox şəhərindəki kimi nə bilim bir gecəsi 10-15 euroluq hostel axtarsaz onu Amsterdamda tapa bilməyəcəksiz. Ümumiyyətlə burdakı hostellərin elə adı hosteldi, qiymətləri hotel qiymətidi hardasa. Fərq odur ki, 8-10 nəfər turist bir yerdə qalırsız. 90% hallı olur deyə normal şəkildə yatmaq olur amma) Sözümün canı odur ki, Amsterdama gəlmək planınız varsa ucuz qalmaq yeri üçün ən azı 5-10 il öncədən otaq booking etməniz məsləhətdi.

Müxtəlif araşdırmaların nəticələrinə görə Amsterdamda hotel qiymətləri Avropanın ən bahalıları sırasında birinci yerdədi, sezonuna görə Parislə dəyişir. Eyni zamanda Amsterdam Avropada yeganə şəhərdi ki, AirBnb qiymətləri hotel qiymətlərindən daha bahadı. Ona görə başqa bir məsləhətim odur ki, ümumiyyətlə AirBnb-ləri yoxlamayın bura gələndə. Couchsurfing heç yazmıram çünki inanmıram orda da boş yer ola. Atalar demiş, “armudun yaxşısını meşədə ayı qapır”

Şəhərdə nisbətən ucuz yerlər StayOkay hostel şəbəkəsinindi. Eyni zamanda Wow, Orfeo, Princess Hostel, Youth hostel, Cosmos Hostel, New West INn, Citiez və s. kimi ucuz yerlər olur. Boş yer tapılsa təbii ki. Əgər Amsterdama gəlirsizsə “Gedib orda yer taparam” fikrindən uzaq olun. Tapa bilməyəcəksiz. Qalmaq yerini həll etmədən Amsterdama gəlməyiniz heç məsləhət deyil.

Son illərdə şəhərin müxtəlif bölgələrində ancaq xanımlar üçün hostel konseptləri də artıb, onlar da nisbətən ucuz olur. Onu da çox vaxt lesbianlar istifadə edir. Gecənin bir vaxtı zərif cinsin iki nümayəndəsinin sonsuz məhəbbət duyğuları ilə silkələnən çarpayının üst mərtəbəsində oyanmaq sizin üçün problem deyilsə onu seçə bilərsiz məsələn 🙂))

Eyni zamanda bəzən Amsterdamdakı kanallarda olan gəmi-evləri də sahibləri hotel kimi günlük icarəyə verir, ucuz olan vaxtları olur.

Son vaxtlar Amsterdamda uzunmüddətli qalan Amerikan “turistlər”lə də tanış olmuşam. Bir ay üçün mətbəxi ictimai olmaqla hotel otaqları olur, 700-800 euroya (hotel Jansen məsələn). Amma bu daha çox young professionals, expatlar falan üçündü, sadə turistlər üçün yox. 6 aya kimi qalmaq imkanı olur orda.

Başqa mümkün variant da Amsterdamın özündə yox, ətraf şəhərlərdə hotel tutmaqdı çünki oralar Amsterdamdan ucuz olur. Məsələn Haarlem, Leiden, lap elə Haaqanın özü. İctimai nəqliyyat burda mükəmməl olduğu üçün gedib gəlmək problem olmur.

Və sonda: şəkildə gördüyünüz 5 ulduzlu hoteli ərəb sahibi satışa çıxarıb. Deyirəm bu qrupda hərəmiz bir az atışsaq bəlkə onu alıb işlədə bilərik, bura gələnlər də yer problemi yaşamaz 😀

34342483_10216365784363039_6385144114492473344_o

Kanallar

Qrupdakı Amsterdam fanatları üçün növbəti paylaşımı edim: bu dəfəki mövzumuz şəhərimizin məhşur kanallarıdı.

Amsterdamı kanallarına görə əsasən “Şimalın Venesiyası” adlandırırlar. Amma Amsterdamda kanalların sayı, məsafəsi Venesiyadan çoxdu: quruluş etibarilə Amsterdamın kanallarının uzunluğu təxminən 90 km edir. Şəhərin şimal bölgəsində isə əlavə olaraq adalar mövcuddu.

amsterdam

Ümumilikdə Amsterdam suyun üstündə tikilib. Xüsusilə kanala baxan qədim evlərin bünövrəsində dayaqlar taxtadandı. Buranıı gəlib gəzənlərin diqqətindən yayınmayıb yəqin: belə evərin çoxunun sağa-sola əyri olması məhz bu səbəbdəndi.

Kanal turu Amsterdam turizm biznesinin ən gəlirli sahələrindən biridi. Şəhərdə bu turları təşkil edən bir çox şirkət var. Hərəsinin öz qiyməti, fərqli qayıqları olur. Məsələn Pizza Cruise-lə kanal turu etsəniz 1.5 saat davam edən tur vaxtı sizin gəmidə pizza verilir. Şəhəri yaxından tanımaq istəsəz kanal turunu məsəhət görürəm. 2 ildir bura təhsil üçün gələn əcnəbi tələbələrin introduction həftəsində coach kimi grupları gəmi ilə gəzdirməkdən bezmişəm.
Ona görə də bu qrupdan kim gəlsə turu təklif edib özüm qoşulmuram 😀

Turistlər üçün gəzməli yer olmaqdan əlavə, təəssüf ki kanallar həm də turistlərin qənimi sayılır. Belə ki, hansısa turistin itmək xəbəri yayılan kimi polis və dalğıclar hər şeydən öncə ilk kanalları yoxlayır. Və 99% itən turistlərin cəsədi bu kanallardan çıxır. Çox vaxt turistlər içkili, və Amsterdam olduğunu nəzərə alsaq hallı olduqları üçün kanallardan tualet kimi istifadə etmək istədikdə və ya kanala yaxın yerdə gəzdikdə müvazinətlərini itirib yıxılırlar. Alkoqollu bədən suda daha çox temperatur itirir deyə daha tez donurlar və hərəkət edə bilmirlər, beləcə batırlar. Ona görə də bu məsələdə diqqətli olmağınız arzuolunandı.

Kanallar eyni zamanda velosipedlə doludur. Amsterdam bələdiyyəsi hər il 1-2 dəfə böyük təmizliklə məşğul olur və kanallardan 10.000-dən çox velosiped çıxır hər dəfə 🙂 (şəkildə var)

amsterdam kanallar

Və Amsterdam kanallarının daha bir (g)özəlliyi: şaxta olanda kanallar donur və xizək sürmək xəstəliyi genlərində olan Hollandlar kanalların üstü ilə sürüşürlər. Amma burda olduğum 15 il ərzində kanalların cəmi 2 qış tam donduğunun şahidi olmuşam.

Enjoy the canals! 🙂

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: İsa Yusibov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s