Avtostopla gəzinti üçün şengen vizası

Mən vizanı alman səfirliyindən rahat aldım. Viza ilə bağlı adi standart sənədlərdən (pasport, vəsiqə, şəkil, ərizə forması, sığorta, rüsum) başqa bir neçə vacib nüans var. Bu nüansları həll etmək hər fərdə görə dəyişə bilər, amma ümumi məğzi eynidir.

1. Qalmaq yeri barədə sübut.
Gedib küçədə ya meşədə çadır qurub qalacam deyə bilməzsiz, çünki Avropada wild camping çox yerde illeqaldır. Amma hər yerdə hostel və ya campsite var. Mən velosipedlə səyahət edəcəm demişdim, 62 günlük marşrutumu və marşrut boyu hər axşam hansı hosteldə/hoteldə və ya campsiteda qalacağıq, tam itinerary, hansına booking mümkün idise (booking.com və ya campsite’ların öz saytları ilə) booking confirmation (hardasa 35-40 arası bookingi 1 günə etmişdim).
avtostop
 
2. Bilet rezervasiya (hansısa turizm şirkətinə 5-10 manat verib gediş dönüş rezervasiya alıb sonra leğv elətdirmək mümkündür, mən tanışlıqla pulsuz almışdım). Avtostopla girəcəm dəyə bilməzsiz.
3. Səyahət ücün kifayət qədər pul:
Bank hesabı, hesabda kifayət qədər pul (gündəlik 50 eurodan hesablamışdım mən) və son 3 ay üçün çıxarış (mən viza üçün müraciət etməmişdən cəmi 1 neçə gün əvvəl hesabıma pul qoymuşdum, problem etmədilər.
4. Ölkəyə qayıdacağına dair sübutlar. Iş yerindən arayış, adınıza mülk kimi şeylərdən biri və ya bir neçəsi. Hətta nigahda olmağınıza dair sənəd də kömək edə bilər burda.

5. Bonus 🙂
Men alman velosipedçini evimizdə qonaq saxlamışdım, o da alman səfirliyinə ünvanlanmış bir məktub yazmışdı ki, guya biz bir yerdə velosəyahət edəcəyik, filan marşrut üzrə. Mən də bütün bookingləri həmin marşrut üzrə qurdum. Sonra da ağlıma gələn kimi gəzdim.

 

Paylaşdı: Nariman Niftaliyev

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s