Taylandda həyat

Tayland 🇹🇭

Hər hansısa bir Avropa ölkəsinin müstəmləkəsi altına düşmədiyi üçün Tayland Cənub-Şərqi Asiyanın ən mustəqil ölkəsi sayılır. Taylılar özlərini “Kxontay ” yəni – Azad İnsan adlandırlar. Yaza yaza fikirleşirəm ki necə edim yazım qısa olsun bu dəfə, görünür alınmayacaq. Taylandı tanıyandan sonra dünyanın ən çox turist qəbul edən ölkələr sırasında olduğunun təsadüf olmadığının fərqinə varırsan.( 10 cu yer səhv etmirəmsə)
Taylandda əsas din Buddizmidir 94%.Buddizm Budda sözündən götürülmüş “aydınlanmış” kimi tərcümə olunur. Buddizm dininin əsası eramızdan əvvəl 543 ildə qoyulmuştur. Dinin qurucusu Sidharta Quatamadır. Çox maraqlı tarixçəsi var.
Taylandda hal hazırda 2560-cı ildir (il teqvimi Sidharta Quatamanın doğulduğu ildən hesablanır) Həftəd 8 gün var. 3-cü gün iki hissəyə ayrılır, günortadan əvvəl və sonra. Buddizm dini ümumiyyətlə ayrı bir mövzudur və inanmıram ki hamınıza maraqlı olsun , ona görə ətraflı yazmıram . ( aaa bu arada elə bilərsiz birdən budistəm )) sadəcə maraqlıdır deyə oxumusam )
Taylandın Azadlıq Rəmzi xoruzdur. Ölkənin çox yerlərində Xoruz heykəlləri görə bilərsiz. Çəkisi 50 kq çox və boyu 1,6m uzun insanlar sadəcə əsgərlik edə bilirlər. Əsgərlər 7000 bat – 10000bat maaş alırlar ( 230$-300$ ) Lakin əsgərlik üçün lazım olan göstəricilər çox az taylıda olduğu üçün könüllü olduqları halda əsgər gedə bilməyən çoxdur. Ölkədəki işsizlik və orta əmək haqqını nəzərə alsaq niyə əsgər getmək istədiklerini başa düşmək olar.
Mətbəxlərini çox bəyəndim “Tom Yam ” şorbası “Tom Kha Gai” şorbası “Som Tam” salatı ən məşhur yeməklərinden sayılır. Damaq dadları bizə görə çox çox fərqlidir toyuq və ya hər hansısa başqa ət yeməklərinin hazırlanmasında bəzən şəkərdən istifade olunur.Ama ana yeməkləri acılıdır.Ananas , alma ve başqa bir neçə meyvələr duz və acı bibər ilə yeyilir. Dünyada ən dadlı ananas Taylandda yetişir.

28379088_1581042345342600_355373282043477010_n
ver yeyim, ört yatım Allahı 😀

İnsanları çox sakin və gülərüzdür. Gülüş ölkəsi deyilir Taylanda. Həqiqətən hər kəs gülür. 13 cür gülmək tərzi var və hamısı bir-birindən fərqlidir (demək olarkı rəsmi qebul olunmuş bir haldır ) Əgər metroda biri ayaqınızı tapdalayıp gülürsə təəcüblənməyin bu üzr istəmək mənasına gəlir siz də qarşılığında ona “bağışladım” gülüşünü göstərə bilərsiz. Bağışlamamaq gülüşü də var. Nəysə ona artıq özünün qərar verərsiz )) Fərqli gülüş tərzlərinin olması dinləri ilə əlaqəlidir. Nə olursa olsun gülmək və sakinlikiyi qoruyub saxlaya bilmək dinin ən başlıca qanunlarındandır. Hətta tayca nəcəsən sözünün birbaşa tərcüməsi: “sabay di may” sən sakinsən?
Taylılar hesab edir ki, insan başının tam ortasında “Kvan” adında ruh yaşayır.Kvan insanı uğursuzluqdan və xəstəlikdən qoruyan ən önəmli ruh hesab olunur. Ona toxunaraq onu incidə və yaxud ona zərər verə bilərsiz . Buna görə də taylıların başına əl vurmaq olmaz , özəlliklə də 9 yaşına çatmamış uşaqların.
Tayland Krallığının əhalisi 69 milyondur, monarxiya quruluşu var . Paytaxt Banqkok şəhəridir “Mələklər şəhəri” kimi tərcümə olunur. Çox böyük ticarət mərkəzləri var. Banqkokda gediləsi və baxılası yerlər çoxdur. 5.5 ton ağırlığında saf qızıldan hazırlanmış “Qızıl Buda heykəli” 46 metr uzunluğunda olan “Yatan Buda heykəli”, “Üzən Bazar”, “Zumrud Buda”, “Dream world” və s. Bankokda ziyadə Phuket və Pattayadag oldum . Əsas istirahət kurortları sayılır Taylandın. İlin 12 iyi istidir. Çimərlikləri və adaları çox gözəldir. Pattaya Phuketə nisbətən daha səsküylüdür. “Walking Street ” gözəl barlar var və maraqlı gecə programları.Phuketdə isə ən çox yadımda qalan Patong çimərliyi oldu. Üzr istəyərək bir məsələyə daha toxunmaq istiyirəm . ” Homoseksual ” Taylandda həddindən çox olduğunu bilirik . Buna səbəb isə Budistlerin cinsi dəyişikliyi günah hesab etməməsidir. Hətta bəziləri “lady boy” olaraq üçüncü bir cins olduğunu iddia edir.Yenə Budizm’ə qayıdacam həftənin günlərinin öz rəngi və öz mənası var. Bəlkə eşitmisiz Buddizm falı, əgər istəsəz falınıza baxaram ) Hindistan yazımda Buddizm dinində olanların dünyaya yenidən gələcəklərinə inandığını demişdim. Məsələn əgər oğurluq etmisizsə dünyaya meymun olaraq, əyyaş olmusuzsa it olaraq, əgər böyük bir günah işləmisizsə daş olaraq dünyaya yenidən gəlirsiz.En böyük günah isə dini ve Tayland Kralını təhqir etmək sayılır. Daş olaraq dünyaya gəlmək isə, başqa heç bir həyatının olmayacağı anlamına gəlir.

Paylaşdı: Cavid Bayramov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s