Körpə uşaqla səyahət zamanı lazım olan ləvazimatlar.

Avropa və 18 aylıq körpə

10 günlük səfər üçün özünüzlə aparmalı olduğumuz ləvazimatların siyahısı 😉

1. Mövsümə uyğun geyim (4 ədəd body, 3 ədəd polzunki, nazik və qalın papaq, qalın və nazik corab, yatması üçün sleepik, jiletka, 1 ədəd şalvar (biri də əynində idi), 1 ədəd köynək (biri də əynində idi))
2. Tibbi çantada götürdüklərim (cefekon şamı, nanə cövhər, espumizan (pinkoo), akvamaris, termometr (dədə babadan olan), oksalin mazı, otrivin (əgər daha ağır qripdirsə), bint, leykoplastr, pambıq, disk pambıq, qulaq çöpü, bədən yağı, prisipka, bepanten kremi, sudokrem, yod, 90%-li spirt, 70%-li spirt)
3. Kolyaska – yay kolyaskası adı ilə bilinəndən götürmüşdük. Çünki həm daşıması rahat, həm yığılıb-açılır, həm də yüngüldür. Mütləq və mütləq oturacaq hissənin yığılıb açılan olmasına nəzər yetirin. Uşaqlar tez yorulur və siz gəzəndə o rahat yatsın deyə kolyaskanı ona uyğun seçin. Mənim etdiyim səhv isə bu kolyaskanın qış ədyalının olmaması idi. Buna xüsusi diqqət verin. 

24254990_159521087993904_7044085373030138576_o
4. Gedəcəyiniz gün sayından asılı olaraq uşaq bezləri götürün.
5. Mini qaz peçi, balaca qazan, getdiyiniz günün təyyarədən eniş saatından asılı olaraq kartof, kök, düyü, kabaçki (qeyd edim ki, 18 aylıq idi və ancaq özünəməxsus hazırlanan suplar yedirirdim), hazır kaşalar (biz Heinz firmasının kaşalarını işlədirdik), düyü unu (səhərlər kaşasını təbii hazırlayıram, hazır kaşanı əlimyandı anların xilaskarı kimi saxlayırdım), südü isə düşüb mağazadan almaq olar.
6.Yemək termosu, balaca su termosu (gəzintidə daşınması rahat), əgər uzunmüddətli avtobus və ya qatar yolunuz varsa və bir səyahətdə bizim kimi 3-4 ölkə nəzərdə tutursunuzsa, iri termos (4-5 stəkanlıq olan) mütləq götürün.
7. Nazik və qalın ədyal (havaya əsasən çöldə qalın, restoran, mağaza və muzeyə girəndə isə nazik ədyal örtürdüm üstünə)
8. Sevdiyi oyuncaqlar (5-6 növ, nəzərə alın ki, bir oyuncaqla oynama müddəti maksimum 10 dəqiqədir)
9. Planşet (kaprizli anların xilaskarıdır rəsmən)
10. Ətir (mən @chiccoazerbaycan ətrini işlədirəm). Qusarsa və yuyunmaq üçün uyğun şərait olmazsa, özünüz və ətrafdakılar iydən boğulmasın deyə əla xilaskardır.
11. Antibakterial su (bütün marketlər və apteklərdə var, 1-3 AZN arası dəyişir qiymət)

Bəs Sizin səyahət çantanıza nələr daxildir?
Siz də öz təcrübələrinizi #ninjaparents həştəqi ilə paylaşın, oxuyaq 😉

Paylaşdı: Eva Safarova

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s