Fukuoka (Yaponiya) bələdçisi

Kimilərinin Anime-lərdən sevdiyi, kimilərinin “Son Samuray” filmindən bildiyi, kimilərinin “Prado” sayəsində sadəcə adını eşitdiyi, hər şeyə rəğmən hər kəsin sevimlisi Yaponiya və ya Yaponiya İmperiyası… İkinci dünya müharibəsinde törətdiyi vəhşiliklərdən sonra tövbə edib düz yola gəlmiş, özünə dünya arenasında yenidən nüfuz qazanmış Yaponiya 🙂)) Vizayla bağlı veriləcək sualları nəzərə alaraq onu deyim ki, viza məsələsini təhsil aldığım universitet həll etdi..Yaponiyaya səfərim akademik idi, Şanxayda təhsil aldığım universitetin dəstəyi və Yaponiya tərəfinin dəvəti ilə Fukuoka və Nagasaki şəhərlərində bir aylıq xüsusi proqram sahəsində oldum…Yaponiya həqiqətən də Anime və Kinolarda təsvir olunduğu kimidir (şəxsən görməsəydim, bəlkə də inanmazdım)…Şəhərlər super təmiz, xidmət sektorunda çalışan insanlar super nəzakətli, nəqliyyat vasitələri super şirin və rahat və hər şey super bahalı 🙂)) Olduğum Fukuoka şəhəri Yaponiyanın 4 ən böyük adasından üçüncüsü olan Kyuşu və ya Küsü adasının paytaxtıdır və Yaponiyada yaşanılacaq ən gözəl və sakit şəhərlərdən bir hesab olunur..Gəzməli yerlərinə gəldikdə isə, Fukuoka şəhər muzeyi (giriş pulsuzdur), Sintoist məbəd və ehramları (pulsuzdur və getməyə dəyər), Hakata Kanal şəhərciyi (getməsəniz də olar), Maizuru və Ohori parkları və Yaponiyanın ən hündür mayakı hesab olunan Fukuoka şəhər mayakına gedib (Şərqi Çin dənizinin sahilində yerləşir) 9 AZN ödəməklə ən üst mərtəbəyə qalxıb bütün şəhəri seyr edə bilərsiniz (getməyə dəyər)..Nəqliyyat vasitəsi olaraq metro və avtobuslardan istifadə etməyə çalışın, taksi məsələsini ümumiyyətlə ağlınızdan keçirtməyin..Avtobusla bir gediş 4 AZN, həmçinin metroda da ən ucuz gediş haqqı 4 AZN-dir..Metroda gediş haqqı məsafəyə görə dəyişir ki, bu az qala bütün dünyada belədir…

25586817_1755164171195280_604871392395978705_o

Yaponiya da Çin və Koreya kimi böyük ölçüdə Qərb mədəniyyətinin təsirinə məruz qalıb deyə, bəzi hallarda Asiya ölkəsində olduğunuzu unuda bilərsiniz, hətta Yapon memarlıq üslubunda bina görmək üçün gedəcəyiniz tək yer məbəd və ehramlardır..Dil məsələsinə gəldikdə isə siz “Advanced English” bilsəniz də az hallarda işinizə yarayacaq, çünki çox az yapon ingilisce bilir, amma sizi anlamasalar belə hər cür köməklik edəcəklərinə əmin ola bilərsiniz..Bir çox yerdə hələ də Çin herqolifləri istifadə edirlər deyə mənim üçün rahat oldu..Yemək məsələsi nə gəldikdə isə dəniz məhsulları daha çox yeyilir..Çiy balıq əti qarşınıza çox çıxacaq, ilk başda çiy əti udmaqda çətinlik çəkə bilərsiniz amma tədricən öyrəşəcəksiniz..Çiy at əti də çox məşhurdur..Fukuoka şəhəri ilə bağlı hələlik bu qədər, növbəti status Naqasaki səfərim haqqında olacaq…

Paylaşdı: Vusal Guliyev

One thought on “Fukuoka (Yaponiya) bələdçisi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s