Barcelona bələdçisi

Barcelonada mütləq Sagrada Familiaya gedin. Əgər bileti internetdən alsanız, hər hansı towerlərdən birinə çıxmağa haqq qazandıran biletdən alın. Mən Nativity towerə almışdım. Çox gözəldir. Bələ bilet alsanız audio guide sizə pulsuz olacaq. Bilet ortalama 26€-dur. Bir də Sagrada Familiada axşam saat 6-da Gaudinin chamberinə pulsuz girib baxmaq olar. Cathedral de Barcelonaya gedin. İçinə girəndə sanki 1200-cü illərin o qaranlıq tarixinə qayıdırsınız kimi hiss edəcəksiniz. İçində o qədər incə işlənmiş nüans var ki, rahat bir saat içini gəzə bilərsiniz. Həmçinin də bu Cathedralda da 3€ ödəyərək ən yüksək dama (dam? ) çıxın. Liftlə çıxılır. Mənzərə sadəcə möhtəşəmdir!

Əlavə information: Gaudi öldüyündə Barcelona Cathedralından Sagrada Familiaya çiyin üstündə aparılıb. Montjuïcə gədin. Ora teleferiklə getmək maraqlı idi. Mən teleferiklə getdim, ayaqla qayıtdım. Castle-a giriş 5€ olmalıdır teleferic isə bir tərəfə 8€. İçini mütləq gəzin.

Parc Güelle giriş pulsuzdur ama Gaudinin memarlığını etdiyi binalar var. Ora isə 7€ olmalıdır. Bu parka girəndə damı qırmızı göbələyə oxşayan bina görəcəksiniz. Orda gördüyünüz ağ nöqtələr Gaudinin kofe stəkanlarıdır. Həkim ona kofeni qətiyyən qadağan etdiyinde görüb ki evində çoxlu kofe stəkanı var və ilk olaraq ağlına Park Güelldə olan o evin damına istifadə etmək gəlib 🙂 Las Ramblası gecə gəzmək maraqlı olur. Sadəcə çox diqqətli olun çünki qarşınıza bir anda birisi çıxıb sizə marijuana satmaq istəyə bilər. Və ya anidən cibinizdən kaşelokunuzu, telefonuvuzu çəkə bilər. Mən sizin yerinizə olsam Placa də Catalunyadan başlayıb Las Ramblası axıra gəzə-gəzə gedərdim və axırda plaja girərdim. Çox yaxındırlar birbirlərinə. Barri Gothicdə gəziləsi, gothic dövründən qalma memarisi ilə maraqlı yerdir. Barri Gothicə yaxın Parc de Ciutadella var. Eyni gündə bu iki yeri gəzə bilərsiniz. Parc de Ciutadellanın yaxınında Arc de Triomfda görülməli tikililərdən biridir.

Tips: əsla Las Ramblasda və ətrafında yemək yeməyin. Həm çox çirklidir həm də dondurulmuş yəməklərdir. Restoranlar saat 15.30-19.30 arası bağlı olur. Bu aralıqda açıq olan yerlər çox vaxtı həm xidməti, həm yeməyin keyfiyyəti baxımından, həm də qiyməti baxımından aşağı olur. Mümkün olduğu qədər local insanların çox olduğu yerlərdə yemək yeyin. Yolda gəzərkən qarşıdan gələn hər hansı kimsə üstünüzə nə isə töküb sonra silməyə, təmizləməyə kömək etmək istəyə bilər. Bu anda sumkanızı, telefonunuzu, hər hansı ziynət əşyanızı qapdığı kimi qaçır. Əgər belə halla qarşılaşsanız yolunuza heç nə olmamış kimi davam edin. Uzaqlaşdıqdan sonra özünüz baxın təmizləmək işinə. Mərkəzi yerlərdən heç nə almayın, biraz kənarda qiymətlər daha ucuzdur. Outletə getmək istəyirsinizsə La Roca Village-a gedin. Orda outletə gedən mallar Bakıya hələ təzə gəlir və üç qat daha ucuza ala bilərsiniz. (For example Burberry çanta 450€ ) Əgər işdir nəyinizsə oğurlansa, Placa De Catalunyada polis bölməsi var. Apple-la qarşı qarşıyadır. Orda şikayətinizi edə bilərsiniz. Bir də ki, Park Güell high sezon vaxtı axşam 8-dən sonra pulsuzdur. Mid-seasonda isə 18.30-dan sonra pulsuzdur. La Boqueria Mercat isə ən çox gəziləsi bazarlardan biridir. Nə dəsəniz var!  Məndən bu qədər.

Görülməli tikililər: Casa Batllo, Casa Mila

Gəzilməli muzeylər: Museu Picasso, Museu Nacional d’Art de Catalunya

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s