Əbədi şəhər – Roma

Romadakı bütün otel və hostellərlə bu keçiddə.

Uşaq yaşlarımdan tarix kitablarının xəstəsi olduğumdan Romanı görmək ən böyük arzularımdan biri olubdur. Nəhayət ki, 2017-ci ilin sonunda Avropa səyahətinə başlamağı elə heyran olduğum Romadan başlamaq qərarına gəldim. İtalyan səfirliyi sağolsun, heç bir çətinlik yaratmadan 3 iş gününə 1 aylıq viza verdi və bununla 20 gün davam edən unudulmaz səyahətim başladı.

Romaya ilk dəfə gedənlər üçün məsləhətim oteli və ya hosteli şəhər mərkəzində yerləşən Termini stansiyasının ətrafında tutmalarıdır. Burada 3-4 ulduzlu otellərin qiymətləri kifayət qədər ucuzdur. Fiumicino aeroportundan Termini stansiyasına gəlməyin ən rahat yolu qatarladır. Aeroportda pasport yoxlamasından keçdikdən sonra sarı rəngli “Train” yazılarının arxasınca düşüb qatar stansiyasına gəlin. Gəlmədən mütləq telefonunuza “Goeuro” proqramını yükləyin. Beləliklə qatarların hərəkət saatları barədə istənilən vaxt məlumat ala bilərsiniz. (Proqramı yüklədim interneti haradan tapacam deyənlər üçün bildirim ki, Bakcellin avropa ölkələri üçün 1GB-10 manat olan çox gözəl tarifi vardır.) Aeroportdan şəhər mərkəzinə Trenİtalia qatarları ilə təxminən 50 dəqiqəyə 5-8 euroya (yolda 1 staniya dəyişəcəksiniz) və ya 30 dəqiqəyə “Leonardo exspress” vasitəsilə 12 euroya gedə bilərsiniz. Terminiyə çatdıqdan sonra “google map”la rahat şəkildə oteli tapa bilərsiniz.

28699067_179599756159837_222099443767456806_o

Romada mütləq ən az 3 tam gün keçirməyə çalışın. Beləcə şəhərin bütün gözəlliklərini demək olar ki, gəzib-görə bilərsiniz. Ən az 3 gün Romada olacaqsınızsa mütləq “Roma card” alın. Roma kart 2 günlük-28 euro, 3 günlük isə 38 euro qiymətə satılır. 2 günlük kartla 48 saat ərzində şəhər daxili qatar, avtobus və digər ictimai nəqliyyatlar pulsuz olacaqdır. Həmçinin sizin 1 muzeye pulsuz girmək haqqınız vardır. 3 günlük kartla isə 72 saat ictimai nəqliyyatı pulsuz istifadə edə, 2(+1) muzeyə pulsuz və növbəsiz daxil ola, bir çox mağaza və restoranlarda endirim əldə edə bilərsiniz. Mən 3 günlük kart alıb pulsuz girişlərimi Kolizey(normalda giriş qiyməti təx. 20euro) və galleria Borgheseye (giriş qiyməti-17 euro) istifadə etdim. Kolizeyə mütləq səhər saatlarından gedin. Çünki “Roma kart”ı istifadə edib Kolizeydən çıxdıqdan sonra onun qarşısında yerləşən “Roma Forum” və “Palatin təpələrinə” giriş Kolizeyə daxil olduğunuz gün ərzində pulsuz olacaq. (bu səbəbdən yuxarıda +1 yazmışam). Roma Forum və Palatin təpələri çox böyük ərazidə yerləşir və möhtəşəm gözəllikdədirlər. Buranı tam gəzmək üçün ən az 3-4 saatınız gedəcəkdir. Axşam saatların isə mütləq Romanın məhşur bölgəsi olan “Trastevere”yə gedin. Yaşıllıqlarla örtülmüş dar küçələri olan bu bölgədə saysız-hesabsız restoranlar yerləşir. Küçənin sağ və solunda güllər, divarları örtmüş yaşıllıqlar, köhnə velosipedlərin üzərini bəzəyən çiçəklər bu küçəyə çox fəqli abu-hava verir.

Restoranlarda qiymətlər normaldır. Trastevere küçələrinə girdikdə “google map” işlətməyin, ümumiyyətlə telefonları söndürüb o küçərələrdə itin, oradan heç çıxmaq istəməyəcəksiniz. Növbəti günü Romanın məhşur yerlərini gəzməkə keçirin. Məsələn gəzə-gəzə 1-2 saata cavanların yığışdığı “İspan Nərdivanları”, turistlərin atdığı qəpiklərdən illik 2 milyon avroya yaxın pul toplanan eşq çeşməsi “Trevi”, məhşur “Panteon”, “Navona” meydanı, “Vittoriano” memorialını görmək mümkündür. Bu yerləri mütləq 1 dəfə gündüz saatlarında, bir dəfə isə gecə saatlarında gəzin. Hər ikisi bir ayrı gözəldir.

3-cü gününüzdə isə mütləq Romaya gələn turistlərin bəzilərinin görmədən qayıtdığı “Villa Borghese”yə gedin. Bu günədək böyük şəhərlərdə gördüyüm parklardan ən gözəli “Villa Borghesedir”. Bu parkda nə istəsəniz vardır. Sakit, rahatlatıcı, qayıtmaq istəməyəcəyiniz gözəllikdə bu parkda qu quşları, martılar, böyük meşəliklər, göllər, çeşmələr, heykəllər, fərqli heyvanlar bir sözlə insanı sakitləşdirlən nə istəsəniz vardır. Park yüksəkdə yerləşdiyi üçün yuxarıdan Roma və Vatikan mənzərəsini seyr etmək insana bir başqa zövq verir. Terminidən Barberini stansiyasına metro ilə gəlib daha sonra parka piyada qalxa bilərsiniz. Parkın sonunda isə Berninin möhtəşən əsərlərinin sərgiləndiyi “Galeria Borghese” yerləşir. Muzeyə girmək üçün full paket 17 eurodur, lakin Roma kartla 2-ci pulsuz muzey haqqınızı buraya istifadə edə bilərsiniz 🙂

28616796_179599419493204_6762683015963694112_o

Və sonda, təəsüf ki, Romada oteli tərk etdiyiniz gün sizdən hər gün üçün 6 avro vergi ödənişi etməyinizi istəyirlər. Yəni Romada 5 gün qalsaz çıxışda otelə 30 avro ödəməli olacaqsız, nəzərdə saxlayın. İndi isə daha çox yormamaq üçün yazını yekunlaşdırıb sizi şəkillərlə baş-başa qoyuram. Bir müddət sonra part2 paylaşaram. kiminsə əlavəsi varsa kommentdə yazsın 2-ci hissədə unutduqlarımı paylaşaram

Paylaşdı: Gəzgin həyat

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s