Ingiltərə və ingilis həyat tərzi

Ingiltərəyə gəlirsinizs bunları bilmək faydalıdır” tipli yazilardan növbəti yazı. Bu dəfəki yazıda Ingilislərlə necə görüşmək, nədən danışmaq, necə sağollaşmaq və “qeybət mədəniyyətindən yazacam.

Ingilis mədəniyyəti ümumilikdə az toxunuş olan (low touch) mədəniyyətdir. Bizdə məsələn kişilər də görüşəndə bir biri ile əl sıxır, qohumlar, dostlar isə öpüşüb görüşürlər. Qadılar isə əksər vaxtlarda hər iki yanaqdan da öpüşürlər. Bu tək bizdə deyil tebii ki, əksər avropa ölkələrində də belədir. Əsas da Fransada və Italiyada. Ingiltərədə isə yox.

Ingilitərədə kimsə sizinlə salamlaşarkən sadece “how do you do?” deyə bilər və ya bir az yaxınsızsa “you all right?”. Hər iki suala cavab verməyə tələsməyin çunki bu iki sualın da cavabı yoxdur, daha doğrusu cavab sualın özünü olduğu kimi geri qaytarmaqdır.

Yalnız çox yaxın olan insanlar öz aralarında “How are you” işlədirlər, hemin halda “I’m fine, thank you” və ya daha ingilis tərzində “not too bad, thanks” cavabını verə bilərsiniz.

Ingilislər ancaq rəsmi görüşlər zamanı el sıxıb görüşürlər. Ya da birinci dəfə kiminləsə görüşəndə əgər kimsə özünü rəsmi təqdim etmək istəyirsə.

Qadınlar arasında öpüşərək görüşmək ənənəsi isə əsasən yüksək təbəqə arasındadır.

Ingilislər heç vaxt ilk görüşdə sizə adlarını deyib özlərini təqdim eləmirlər. Eləyənlərə də qəribə baxırlar. Əsasən amerikalılar özlərini belə təqdim eləyirlər deyə gəlin məsələye bir amerikalı qadının gözündən baxaq: “You say your name and they sort of wrinkle their noses, like you’ve told them something a bit too personal and embarrassing. What the hell is so private about a person’s name for god’s sake?”

Əksər vaxtlarda elə ola bilər ki, bir ingilislə 5-6 saat bir ortamda olarsınız, danışıb-gülərsiniz filan, amma o ancaq görüşün sonunda sağollaşarken “Oh, by the way my name is filankəs” deyər.

Ingilislərdə ad, peşə, iş yeri, yaşayış yeri, ailə vəziyyəti və s. detallar şəxsidir. Kimdənsə hansı işi gördüyünü birbaşa soruşmaq tərbiyəsizlikdir. Nə qədər qazanığını soruşmaq isə yolverilməzdir. Ümumiyyətlə ingilislər şəxsi həyat haqqında yad adamlarla danışmağı xoşlamırlar. Amma illah da ki, kiməsə şəxsi suallar vermək istəyirsinizsə bunun da öz qaydaları var.

Dediyim kimi ingilislər heç nəyi qısa konkret demirlər, dolanbacdan dolandırırlar söhbəti.

Məsələn kiminsə harda işlədiyini bilmək istəyirsinizsə ondan soruşa bilmərsiniz ki, nə işə baxırsan? Niye? Çünki mədəniyyətsizlikdir. Başqa yollar axtarmaq lazımdır. Məsələn ingilislər arasında belı bir qaydaları yazılmamış oyun var. Adı Guessing game’dir. Oyunun şərtləri belədir : siz hansısa sualın cavabını tapmaq üçün tamam başqa sual verirsiniz, guya ki, hansı sualın cavabını istədiyinizi bildirmirsiniz (Məsələn qarşıdakinin nə iş görməyi). Qarşı tərəf də sizin hansı sualın cavabını axtardığınızı bilir, amma birbaşa demir, ipucları atır sizə. Məsələn tamam dəxlisiz bir sual verirsiniz ki “Traffic is a nightmare these days – Do you drive to work?”, qarşı tərəf də artıq söhbəti tutur və sizə ipucu atır “Yes, but I work at the hospital, so at least I don’t have to get into the town centre” və s bu tip cavablar.

Adamın harda işlədiyini biləndən sonra peşə axtarmaq fəsli gəlir. Adam xestexanada təmizlikçi də işləyə bilər, tibb bacısı və qardaşı da, həkim də. Ingilis mədəniyyətində belə qebul olunub ki, siz ən yüksek mövqedə olanı deyirsiniz. Məsələn : Oh, you are a doctor then? Öz peşəsini demək isə artıq qarşə tərəfə qalır.

Bu üsulla insanların harda yaşadıgını, nə iş gördüyünü, evli olub olmadıqlarını filan həmin sualı vermədən sual verə bilərsiniz.

Ikinci bir üsul ise Reciprocal Disclosure Strategy adlanır. Bu oyunun şərtləri daha sadədir. Siz özünüz haqqında bir “sirr” deyirsiniz söz arasına salıb, qarşi tərəf də eyni çəkidə olan bir “sirr”lə cavab verir, siz stavkanı artırdqca o da artırır. Amma diqqətli olmalısınız, birdən birə çox şəxsi bir şey demək də tərbiyəsizlik sayıla bilər.

“Qeybət mədəniyyəti”

Ingilislər qeybət eləməyi çox sevən millətdirlər. Son araşdırmalar göstərir ki, ingilislərin söhbətlərinin 3-də 2-si “kim harda kiminlə nə edir” tipli söhbətlərdən, yəni qeybətden ibarətdir. Bizdə qeybət ancaq kiminsə heyatı haqqında mənfi müzakirələr sayılır, Ingiltərədə isə qeybətlərin təxminən cəmi 5%-i mənfi söhbətlər üzərində qurulub. Qeybət dostlar, tanışlar haqqında da ola bilər, siyasetçilər ve şoumenlər haqqında da. En populyar qeybət mövzusu isə kralliyyət ailəsinin həyatdır. Ilahi, bircə dəfə görsəniz keşkə, ailədən kimin nə geyindiyindən tutmuş, kiminlə görüşdüyünə qədər hər şey çox önəmlidir bu millət üçün.

Bu qədər qeybət eləyən millətdə qeybətə normal baxıldığını düşünürsünüz? Təbii ki, yox. Başqalarının şəxsi həyatını müzakirə eləmək və burnunu soxmaq hələ də tərbiyəsizlik sayılır. Hətta ingilis dilində belə adamları ifadə eləmək üçün yaxşı bir söz də var – Nosy Parker. Məhşur yazar George Orwell bu ad haqqında belə yazır : “The most hateful of all names in an english ear is Nosy Parker”

Sağollaşmaq fəsli isə tamam ayrı bir aləmdir. Ingilislərlə sağollaşmaq ən az yarım saat çəkir. “Nice to meet you”lar “Well, goodbye then”ler, “See you then”ler, “Take care”ler havada uçuşur amma heç cür sağollaşmaq qurtarmaq bilmir ki bilmir. Tam sağollaşıb qurtarana yaxın qonaqlardan kimsə “You must come round to us next” tərzi bir cümle ortaya atacaq və bütün bu söhbət bir kruq yenə gedəcək. Ona görə də səbrli olun 🙂

Paylaşdı: Ismayil Nur

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s